"Ermənistan düşdüyü çətin vəziyyətinə görə, ilk növbədə..." - DEPUTAT ŞƏRH ETDİ
“Gürcü jurnalistlərə Azərbaycan reallıqlarını öz gözləri ilə görmək üçün işğaldan azad olunmuş torpaqlara səfərinə görə təşəkkür edirəm. Bu səfər onların obyektiv olmaq, Azərbaycan reallığını olduğu kimi görmək istəyindən irəli gəlir. İnanıram ki, öz reportajlarında, yazılarında bunu olduğu kimi verəcəklər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu cür səfərlər çox vacibdir: “Məsələ burasındadır ki, dünyada bu gün yalançı erməni təbliğatı hələ də ayaq üstədir. Onlar istənilən situasiyadan beynəlxalq birliyi aldatmağa, özlərinin etdiklərini Azərbaycanın adına yazmağa, özlərini məzlum xalq kimi göstərməyə çalışırlar. Əslində isə Xocalı soyqırımını törədən, işğal edilən ərazilərimizdə 67 məsciddən 64-nü dağıdan, qəbir daşlarını belə sökən toplumun nə dərəcədə mədəniyyətə, qədim tarixə malik olduğunu söyləmək bir qədər çətindir. Bu gün Ermənistan düşdüyü çətin vəziyyətinə görə, ilk növbədə özünün hərəkətlərinin nəticəsi olduğunu bilməlidir. Azərbaycana səfər edən, işğaldan azad olunmuş ərazilərə ezam edilən xarici ölkələrin jurnalistləri, vətəndaşları, QHT nümayəndləri bu gün işğal altında olan Azərbaycan torpaqlarının vəziyyəti, işğaldan azad olunandan sonra həmin yerlərin bərpası üçün Azərbaycan dövlətinin çəkdiyi zəhməti müqayisə edə biləcəklər. Azərbaycan öz torpağının sahibidir. Böyük çətinliklərlə, böyük qurbanlar verərək öz torpaqlarını işğaldan azad etdi. Bundan sonra da həmin əraziləri dünyanın ən gözəl guşələrindən birinə çevirmək üçün böyük səylər göstərir. Bütün bunları xarici ölkələrin nümayəndələri görür və obyektiv qiymətləndirirlər”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB