YAP Tərtər rayon təşkilatının fəalları şəhidin məzarını ziyarət ediblər FOTOLAR
YAP Tərtər rayon təşkilatının rəhbərliyi və fəalları “Anım günü” ilə əlaqədar Vətən müharibəsi şəhidləri- rayonun Yuxarı Qapanlı kəndində Hacıyev Rüstəm Firqani oğlunun, Əliyev Elməddin İlqar oğlunun, Qaynaq kəndində Məhərzadə Taleh Oktay oğlunun, Surxayzadə Cahangir Hətəm oğlunun və Birinci Qarabağ savaşında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Şükürov Vüqar Məhəmməd oğlunun məzarlarını ziyarət ediblər. Ziyarətçilər onların məzarları üzərinə tər gül-çiçək dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB