Düşmən dəyirmanına su tökən separatçını daşlamağın zamanıdır!
ABŞ-da bu ölkənin məlum orqanları qarşısındakı xüsusi xidmətlərinə görə 262 min dollarlıq təmtəraqlı mənzillə mükafatlandırılan Sevinc Osmanqızıdan hazırkı vaxta qədər çoxsaylı və müxtəlif cür xəyanətkarlıqlar. Hətta bu xəyanətkarlıqların sayı o qədər çoxdur ki, onları saysaq bir neçə gün vaxt lazım olar. Ancaq onlardan bəzilərini bir daha xatırlatmağın ziyanı yoxdur:
*Vaxtilə MKİ-nin əməkdaşlığı ilə “eşq macəraları” yaşayan Sevinc Osmanqızı Azərbaycanın maraqlarını ona sataraq yaxşıca pul qazanmışdı.
*Osmanqızı Paşinyanın hüquq müdafiəçiliyini, Ermənistanın vəkilliyini edib, azərbaycanlıları “xuliqan, bandit” və "vətənşivən" adlandıran ünsürdür.
* Bu ünsür, eyni zamanda, bu gün də düşmənə göz dağı verən Hərbi Qənimətlər Parkına görə Azərbaycan xalqını təhqir edib.
*Osmanqızı bir neçə gün öncə deyib ki, Bayden “demokratiya sammiti”nə Azərbaycanı deyil, Ermənistanı dəvət etməlidir.
Beləliklə, bu cür düşmən mövqeyində olan biri indi bütün bunlar azmış kimi hazırda separatçılıq toxumlarını da səpməyə başlayıb. Özü də zamanında çörəyini yediyi, suyunu işdiyi Azərbaycana qarşı. Bu mənada, bəri başdan ölkəmizin çörəyinin və suyunun ona haram olmasını da qeyd edə bilərik.
Nə isə, mövzudan yayınmayaraq keçək əsas mətləbə və Sevinc (təəssüf ki!) Osmanqızının ölkəmiz üçün həssas bir dönəmlərdə etnik qarşıdurma yaratmaq cəhdləri bilavasitə düşmən dəyirmanına su tökür, habelə Azərbaycan dövlətinə qarşı qeyri-səmimi davranışlar nümayiş etdirən bəzi siyasi dairələrin ittiham vasitələrinə şərait yaradır!
Bu düşmən ünsürü, əslində, özünün də yalan danışdığını, mümkün olmayan bir məsələni “mümkün” kimi göstərdiyini çox gözəl bilir
Qeyd edək ki, artıq Azərbaycan dövlətinə və xalqına, dövlətçilik maraqlarına açıq-aşkar düşmənçilik göstərən Sevinc Osmanqızı sosial şəbəkə vasitəsi ilə çıxdığı “Osmanqızı TV”dəki canlı yayımda sual edib ki, “nə üçün Azərbaycan parlamentində bir nəfər də olsun talış xalqının nümayəndəsi yoxdur” (???!!!) Və ya “niyə talış dilində qəzet, məktəb olmamalıdır” (???!!!)
Maraqlısı da budur ki, bu düşmən ünsürü, əslində, özünün də yalan danışdığını, mümkün olmayan bir məsələni “mümkün” kimi göstərdiyini çox gözəl bilir. Sadəcə, ona bu haqda pullu tapşırıq verilib.
Onun sözügedən iddialarını eşidən minlərlə talış xalqının nümayəndələri qarşısına çıxarsa, ən yaxşı halda üzünə tüpürərlər!
Halbuki qəhrəman və əziz talış xalqının nümayəndələri parlamentdə də, dövlət idarəçiliyində də iştirak edir, öz dillərində qəzetlərini çıxarırlar. Bu gün istər Şəhidlər Xiyabanında, istərsə də Cənub bölgələrimizdə yüzlərlə talış xalqının Vətənləri Azərbaycan üçün canlarını fəda etmiş, şəhidlik zirvəsinə ucalmış oğulları uyumaqdadı və hər kəs onların ailələrinin, valideynlərinin, övladlarının qarşısında baş əyir! Yəni fakt budur ki, əgər Sevinc Osmanqızı bu xüsusda “qazan qaynadacağını” düşünübsə kökündən yanılıb və istisna etmək olmaz ki, onun sözügedən iddialarını eşidən minlərlə talış xalqının nümayəndələri qarşısına çıxarsa, ən yaxşı halda üzünə tüpürərlər!
Osmanqızı bu dəfə rəzil, satqın, düşmən mövqeyini ortaya qoymaqla Amili kimilərdən fərqli olmadığını isbatlamırmı?
Amma məsələnin digər tərəfi də var və o da sual yaradır: nə üçün Sevinc Osmanqızı məhz indiki məqamda separatizmlə məşğuldur? Cəlil Məmmədquluzadənin yaradıcılığında qırmızı xətlə keçən nadan, cahil mollaların ümumiləşmiş obrazı olan Seyid Həsən Amili kimi müasir dövrümüzün Əlikramı olan Sevinc Osmanqızı separatçı fikirlər səsləndirməklə kimə və nə üçün, hansı məqsədlərlə nökərçilik göstərir? Ermənilərin vəkilliyini edən Osmanqızı bu dəfə rəzil, satqın, düşmən mövqeyini ortaya qoymaqla Amili kimilərdən fərqli olmadığını isbatlamırmı? 44 günlük Vətən müharibəsindəki Zəfərə görə Azərbaycana hər tərəfdən hücum, təzyiq edənlərin əlinə oynayan bir siyasi çatlaq necə azərbaycanlı adını daşıya bilər? Yəni aşkar düşmənçilik edən, ermənilərə və ümumiyyətlə, Azərbaycana qarşı çıxan dairələrə nökərçilik edən Meydan TV-dən sonra Osmanqızının da separatçılığı təbliğ etməsi onun kimliyini və hansı dairələrə xidmət etməsi barədə aydın təsəvvür yaratmırmı? Artıq şeytanı daşlamağın zamanıdır. Həm içimizdəki, həm də çöldəki. Hələ ki, gec deyil, hətta tam zamanıdır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB