Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi ölkəmizin növbəti uğurudur
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Azərbaycan beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Ölkəmizdəki uğurlu inkişaf, sabitlik, əmin-amanlıq beynəlxalq tədbirlərin keçirilməsində əlverişli məkandır. Uğurla inkişaf edən Azərbaycanda müasir dövrün çağırışlarına uyğun istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu davamlı xarekter daşıyır.
Azərbaycana göstərilən etimadın nəticəsi olaraq ölkəmiz Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Konqresin Azərbaycanda keçirilməsinin qələbəmiz olduğunu vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bizim çox güclü rəqiblərimiz var idi: "Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var". Dövlət başçısı Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsinin önəmli siyasi qələbə olduğunu bildirib. Altmış səkkiz ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Hələ Sovet İttifaqında ilk və yeganə Konqres Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Bakı şəhərində keçirilmişdir. Bu tədbirdən təxminən 6 ay sonra Azərbaycanın kosmik sənayesinin əsasları qoyulmuşdur. "Kaspi" Tədqiqat Mərkəzi yaradılmaqla, Azərbaycan mütəxəssisləri kosmik sahədə tədqiqatlara, kosmik cihazlar hazırlamağa başlamış, sonradan o cihazlardan "Salyut" və "Soyuz" kimi peyklərdə istifadə olunmuşdur. "2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır", - deyən dövlət başçısı bildirib ki, o vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilmişdir: "Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcəkdir".
Bu gün Azərbaycan süni peyk layihələri ilə kosmik klubun aktiv üzvüdür. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos" telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir.Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində uğurların əldə olunması ölkəmizin azsaylı dövlətlərin təmsil olunduğu kosmik kluba üzv olmasına səbəb olub. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.
Bu gün Azərbaycan dünyada kosmik sənəayə ölkəsi olaraq öz töhfəsini verir və kosmik sənaye ölkəsi olaraq dünya dövlətlərinin diqqətindədir.Təbii ki, hər zaman olduğu kimi Azərbaycan bu dəfə də öz təcrübəsindən, təşkilatçılıq bacarığından yararlanaraq Beynəlxalq Astronavtika Konqresini ən yüksək səviyyədə təşkil edəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB