“Bu vəziyyətdə suverenlikdən danışmaq mümkün deyil” -SEYRAN OHANYAN ETİRAF ETDİ

“Bu vəziyyətdə suverenlikdən danışmaq mümkün deyil” -SEYRAN OHANYAN ETİRAF ETDİ

Mövcud hakimiyyətin dövründə ölkənin sərhədləri, ərazi dəyəri təhlükə altında olduğu halda, suvereblikdən danışmaq mümkün deyil. SİA xəbər verir ki, bu sözləri "Ermənistan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

O, bu gün jurnalistlərə açıqlamasında belə bir reallıqda suverenlikdən danışmağın belə mümkünsüz olduğunu deyib. Seyran Ohanyan qeyd edib ki, ölkənin suverenliyini bərpa etmək üçün ruhlanmaq və mübarizə aparmaq tələb olunur.

“Bir erməni üçün nə vaxt asan olub, erməni asan vəziyyətdə yaşayıbmı? Həmişə mübarizə aparıb, həmişə çətinlikləri olub. Güc toplamaq və vəziyyətdən çıxmaq üçün çalışmalıyıq", deyib Ohanyan.

Seyran Ohanyan onu da deyib ki, 21 sentyabrda Respublika Meydanında keçirilən tədbirlərə qatılmaq üçün "Ermənistan" fraksiyasına səlahiyyətlilərdən dəvət gəlib, lakin fraksiya iştirakdan imtina edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə