“Görüş istəyi Türkiyə-Ermənistan problemlərini həll etməyə hesablanıb” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Paşinyanın Gürcüstanda Türkiyə ilə danışıqlara getmək istəyi Türkiyə-Ermənistan münasibətlərində mövcud problemləri həll etmək istəyindən irəli gəlir. Türkiyənin Ermənistanla quru və hava sərhədlərinin açılması müqabilində Ermənistanın Naxçıvan və Azərbaycan arasında dəmir yolu və avtomobil yolunun tikilməsinə razılıq verəcəyi, hələlik, qəti məlum deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Paşinyan Rəcəb Tayyib Ərdoğanla danışıqlar masası arxasına oturmaqla Azərbaycandan ayrı, əlahiddə şəkildə Ermənistanı qayğılandıran problemləri həll etmək istəyir, AB-nin bununla bağlı Türkiyəyə ünvanlanmış tövsiyə və xahişləri də bundan ibarətdir: “Zamanında AB-nin vasitəçiliyi ilə tərəflər Sürix protokollarının razılaşdırılması ərəfəsində olmuşdular. Lakin Azərbaycanın o zaman bu kimi məsələlərlə bağlı narazılığı Türkiyə iqtidarı tərəfindən nəzərə alındı, nəticə etibarı ilə Türkiyə hava və quru sərhədlərini açmadı. İndi Türkiyə Azərbaycan birliyinin mahiyyət etibarı ilə tərəfləri məmnun edən bir mərhələyə daxil olması, əlbəttə, rəsmi İrəvan və ona himayədarlıq edən dairələri qayğılandırır. Ona görə də, Türkiyə ilə danışıqlara getmək mövqeyini ortalığa qoymaqla Ermənistan bir tərəfdən əməkdaşlığa hazır olması barədə ismarıclarını verir, digər tərəfdən isə növbəti dəfə Türkiyə Azərbaycan münasibətlərini sınağa çəkmək istəyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB