"Dünya türkləri polisimizin bu hərəkətini təqdirlə qarşıladı" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI
"Azərbaycan polisinin qondarma rejimin bayrağı olan avtobusu saxlaması və onu avtobusdan təmizləməsi böyük təqdir toplayıb. Təkcə, Azərbaycanda yox, Türkiyədə, Mərkəzi Asiya türk dövlətlərində, hətta Rusiyanın tərkibində olan türk dövlətlərində yəni bütün türk dünyasında Azərbaycan polisinin bu hərəkəti təqdirlə qarşılanıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan polisi bununla onu demək istədi ki, dünyada heç kimin tanımadığı bayrağın altında heç kim hərəkət edə bilməz. Hələ bu Azərbaycan ərazisində heç ola bilməz.
Azər Həsrət fikrini belə izah edib: "Bu, birinci xəbərdarlıqdır. Mən əminəm ki, ermənilər növbəti dəfə belə cəhdlər edərsə, onların maşınları artıq Azərbaycan ərazisindən keçə bilməyəcək. Yəni birmənalı olaraq onlara anladıldı ki, Azərbaycan ərazisindən keçmək istəyirsinizsə, Azərbaycanla normal əlaqələr qurmaq istəyirsizsə, bu cür uşaq oyuncağı avara işlərdən əl çəkməlisiniz. Yəni Azərbaycan ciddi dövlətdir və onunla da ciddi münasibətlər qurulmalıdır. Daha kimlərinsə, yatıb yuxuda gördüyü içi boş olan bir bayrağın altında hərəkət etmək olmaz. Azərbaycan dövləti belə məsələlərdə ciddidir, sərtdir. Mən düşünürəm ki, ağlı başında olan ermənilər bir də belə hərəkət etməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB