Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib - BAKIDA

Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə