“Dağıdıcı müxalifət milli maraqlara zidd siyasət aparır” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Siyasi partiyalar, Zəfər yeni reallıqlar və dialoq” mövzusunda keçirilən konfransa yenə də Müsavatın və AXCP-nın qoşulmaması yeni bir şey deyil. Demək olar ki, adları çəkilən şəxslər həmişə belə ediblər. Çünki bu onlara sərf eləmir. Bəli, AXCP və Müsavatın bu cür ümumilli məsələlərdə də kənarda qalmasının arxasında hansısa xarici göstərişlər var. Bu gün heç kəsə sirr deyil ki, adları çəkilən bu şəxslər xarici maraqlı dairələrə işləyirlər”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dağıdıcı müxalifət milli maraqlara zidd siyasət aparır: “Bu da onların xarici qüvvələrdən asılı olmaları ilə bağlıdır. Onların məqsədi müxalifət fonu yaradıb özlərini xarici ölkələrdəki “ağalarına” reklam edib, pul qoparmaqdır. Təbii ki, sənin hakimiyyətə gəlmək şansın sıfıra bərabərdir və cəmiyyət tərəfindən də heç bir siyasi dəstəyin yoxdur. Ümumiyyətlə, bu gün müxalifətin özü də çox gözəl bilir ki, bundan sonra onlar nəsə nail ola bilməyəcəklər”.
T.Novruzov onu da bildirib ki, Azərbaycan inkişafı ilə dünya dövlətləri arasında öz sözünü deyən və hörmətini qazanan bir dövlətdir: “Hazırda aparılan genişmiqyaslı islahatlar və dəyişikliklər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönəlmişdir. Azərbaycan çox uğurlu inkişaf yolundadır. Ölkəmizin inkişafına kölgə salmaq istəyən bəzi qüvvələr əllərindən gələni edir. Yəni onların nə etmələrindən asılı olmayaraq heç vaxtı həmin qüvvələr öz məkirli istəklərinə çatmayacaqdır. Ümumiyyətlə, bu gün xalqımızı onların kim olduqlarını və nə etmək istədiklərini çox yaxşı bilirlər. Bu baxımdan da, onların xalqımız tərəfindən heç bir dəstəyi yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB