Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində görüş keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Liviyanın Azərbaycan Respublikasındakı Müvəqqəti İşlər Vəkili Aşraf Adamla görüşüb. Daimi nümayəndəlikdən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı siyasi münasibətlərin, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin, xüsusilə, turizm əlaqələrinin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB