"Bəzən xoşagəlməz hallarla rastlaşsaq belə..." - EKSPERT RƏYİ
“Serbiya və Azərbaycan əlaqələrinin uzun keçmişi var. Azərbaycan müstəqillik əldə etdikdən sonra Serbiya və Azərbaycan arasında əlaqələr yaranıb. Bu əlaqələr siyasi, iqtisadi, mədəni, həm də təhsil sahəsində mövcud olub. Lakin iki ölkə arasındakı münasibətlər hər zaman stabil olmayıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Ekspertin sözlərinə görə, 2020-ci ilin iyun ayında Tovuz döyüşlərində Serbiyadan Ermənistana gələn silahların qalmaqalı onu göstərir ki, tərəflər arasında müəyyən zaman ərzində hansısa soyuqluqlar olub: “Lakin bu soyuqluqlar qısa zamanı əhatə edib və ondan sonrakı mərhələdə normal siyasi və iqtisadi əlaqələr davam edib. Avropa Şurası çərçivəsində də iki ölkə arasında əlaqələr var. Təkcə iki ölkə arasında deyil, regional və beynəlxalq təşkilatlar səviyyəsində də əlaqələrimiz mövcuddur”.
S.Hümbətov vurğulayıb ki, Serbiyadan ayrılan Kosovanın müstəqilliyini Azərbaycan hələ də tanımayıb: “Bu Serbiya baxımından önəmli faktordur və eləcə də Serbiya BMT çərçivəsində Ermənistanla, Qarabağla bağlı məsələ gündəmə gəldikdə Azərbaycanın xeyrinə qərarların qəbul olunmasına çalışıb. Bundan sonrakı mərhələdə də Azərbaycan-Serbiya münasibətləri artan xətlə davam edə bilər. Təbii ki, siyasətdə eyniş-yoxuşlar var. Bəzən xoşagəlməz hallarla rastlaşsaq belə, ümid edirəm ki, bundan sonrakı mərhələdə Azərbaycan- Serbiya əlaqələrində yaxşı mənada inkişaf görə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB