Sentyabrın 17-si tarixinə Ermənistanda 252 082 təsdiqlənmiş koronavirus hadisəsi qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin saytında məlumat yayılıb.
Məlumata görə, gün ərzində yeni yoluxma hallarının sayı 759 olub. Bir gün əvvəl 26 nəfər COVID-19-dan ölüb. Qeyd olunana görə, gün ərzində 5 413 test edilib.
Bildirilir ki, Ermənistanda COVID-19 ilə bağlı vəziyyət hələ də acınacaqlı olaraq qalır. Koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi Ermənistanda davam edir. Parlament müvafiq qanunlar paketinə dəyişikliklər etdikdən sonra hal-hazırda 2021-ci il dekabrın 20-dək qüvvədə olan karantin rejimini bütün ölkə daxilində tətbiq edilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB