Paşinyan və Rəisi yük daşımaları ilə bağlı nəyi müzakirə ediblər?

Paşinyan və Rəisi yük daşımaları ilə bağlı nəyi müzakirə ediblər?

Ermənistanın baş naziri və İran prezidenti Cənubi Qafqaz regionunda gedən prosesləri müzakirə ediblər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu bardə Ermənistan baş nazirinin mətbuat xidməti informasiya yayıb.

İnformasiyaya görə, Ermənistan-İran münasibətləri məsələləri cümə günü Düşənbədə Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi tərəfindən müzakirə edilib. İki ölkənin liderləri, eyni zamanda, yük daşımaları mövzusunu və bölgədə gedən prosesləri də müzakirə ediblər. Paşinyanın sözlərinə görə, Ermənistan hökumətinin fəaliyyət proqramında bölgə ölkələri arasında əlaqələrin vacibliyi vurğulanır.

Xatırladaq ki, Ermənistanın baş naziri Tacikistanın paytaxtındadır. Bir gün əvvəl, sentyabrın 16-da o, KTMT sammitində iştirak edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə