Serbiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviçin dəvəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində olub. Daimi nümayəndəlikdən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, qarşılıqlı iqtisadi layihələrin icrası, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə