İƏT-in hesabatı BMT-yə göndəriləcək - ŞƏRƏF MALKOÇ

“Biz Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəyik. Səfərdən sonra ermənilərin, xüsusilə erməni rəsmilərinin tarixi miras üzərində həyata keçirdiyi təxribatları görəcəyik”.

SİA-nın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilər azad olunmuş ərazilərin böyük bir hissəni minalayıblar. Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana verməyiblər. Biz xüsusilə mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların həlak olmaması üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in bu hesabatı hazır olduqda təsiri olacaq. Bu hesabatı da BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndərəcəyik.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə