Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. SİA-nın verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə