"Füzuli aeroportunun tikintisi region üçün çox böyük əhəmiyyət daşıyır" - PARTİYA SƏDRİ AÇIQLADI

"Füzuli aeroportunun artıq sınaqdan keçirilməsi, ilk təyyarələrin enməsi Azərbaycan üçün, region üçün çox mühüm əhəmiyyətə malik bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, hər şeydən əvvəl bu, "Böyük Qayıdış"ın çox mühüm göstəricilərindən biridir. Azərbaycan işğaldan azad olunmuş rayonlara xüsusi diqqət göstərir və onu digər regionlarla müqayisədə daha yüksək səviyyədə yenidən qurmaq, yenidən bərpa etmək istəyir. Bu, ilk növbədə o ərazini xaraba bazara çevirmiş, darmadağın etmiş ermənilərə verilmiş bir dərsdir.

Abutalıb Səmədov bu haqda fikirlərini belə izah edib: "Torpaqla, ərazi ilə ermənilər kimi rəftar etməzlər. Uçurtmaq, dağıtmaq barbarların işidir. Mədəni səviyyəsi olmayan, ibtidai xalqlar belə hərəkət edər. Bu cür müasir tipli aeroportun inşası digər obyektlərimiz, nəzərdə tutduğumuz işlərin də bu səviyyədə olacağının göstəricisidir. Bu eyni zamanda, təbiidir ki, hərbi əhəmiyyətə malik olan bir obyektdir. O mümkün hərbi əməliyyatlar dövründə bizim üçün həddindən artıq əhəmiyyətli olan bir aeroportdur. Orada yüklərin daşınması, xüsusilə, hərbi yüklərin qısa müddətdə regiona çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, təbiidir ki, həm də Ermənistana xəbərdarlıqdır. Azərbaycan əvvəlkindən də yüksək səviyyədə hərbi əməliyyatlara hazırlaşır və hazırdır. Revanş fikrində olanlar nə qədər bu fikirlərindən daşınsalar o qədər yaxşıdır. Biz müharibə istəmirik biz regionu iqtisadi əməkdaşlıq regionuna çevirmək istəyirik. Bu istiqamət üzrə ən qəti addımlar atmağa hazırıq. Bu günə qədər də atmışıq. Siz də ağlınızı başınıza yığın. İndiyə qədər yaşadığınız faciələr sizə kifayətdir və sizə dərs olmalıdır. Bundan sonra normal insan kimi yaşamağa çalışın, nə qədər çətin olsa da, cəhd göstərin. Dağlıq Qarabağ da yolunu azmış ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına maneə olmayın. Onlar Azərbaycanla Ermənistanın fərqini hər gün daha yaxşı görürlər, daha yaxşı hiss edirlər. O erməni əhalisinin də insan kimi yaşamaq haqqı var. Onlara da kifayət qədər faciələr yaşatdız. Sizin aventurist siyasətiniz onlara kifayət qədər fəlakətlər gətirdi. İmkan verin onlar daha insan kimi yaşasınlar. Füzuli aeroportunun tikintisi, region üçün çox böyük əhəmiyyət daşıyır. Bundan sonra da, şübhəsiz, bu səviyyəli obyektlərin tikintisi bundan sonra da davam edəcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə