Ölən əsgərlərin valideynləri narazıdırlar YERABLUR YENİDƏN QURULDUĞUNA GÖRƏ

Ölən əsgərlərin valideynləri narazıdırlar YERABLUR YENİDƏN QURULDUĞUNA GÖRƏ

Ölən hərbçilərin valideynləri və Yerablur hərbi panteonunun memarı burada hazırda görülən işlərdən narazılıqlarını bildirirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qəbir daşlarını birləşdirmək qərarına gələn Müdafiə Departamentinin də öz arqumenti var.

Məlumata görə, Yerablur hərbi panteonu bütün məzar daşlarını vahid bir standarta gətirmək üçün fəal şəkildə çalışır və bunun fonunda yeni məzarlar meydana çıxır. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi digər ölkələrdəki hərbi qəbiristanlıqlara bənzətməklə bu ilin sonuna qədər eyni tipli məzar daşları qoymağı planlaşdırır.

Həmçinin qeyd olunur ki, ölən əsgərlərin valideynləri baş verənlərdən narazıdırlar. "Yerablur" un memarı isə davam edən işlərdən ümumiyyətlə xəbərsizdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə