Sülhməramlıların yeni komandanı da mandatdankənar fəaliyyət göstərərsə... - POLİTOLOQ ŞƏRH ETDİ
"Rusiyanın sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun fəailyyət dövrü bitdi və sülhməramlıların yeni komandanı təyin olunan Mixail Kasabokov bu funksiyanı yerinə yetirəcək. O, artıq Ermənistanın müdafiə naziri, 102-ci hərbi dairənin komandanı və Rusiyanın Ermənistandakı səfirliyinin hərbi ateşesi ilə görüş keçirib. Biz ümid edirik ki, sülhməramlıların yeni rəhbəri daha öncəki komandanın buraxdığı səhvləri təkrarlamayacaq və regionda gərginliyin artırılmasına xidmət edən addımlar atmayacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, həmçinin, sülhməramlıların mandatının müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir və onlar beynəlxalq hüquqda təyin olunan vəzifələrini yerinə yetirməlidirlər: "İlk növbədə Azərbaycan ərazisində olan erməni əsilli vərətəndaşlarla Azərbaycan vətəndaşları arasında inteqrasiyanın olmasını istərdik. Bu inteqrasiya gələcəkdə həm də iqtisadi elementləri özündə ehtiva edəcək. Onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar ki, regionda sülhün dayanıqlılığı artırılsın. Sülhməramlıların da birbaşa fəaliyyəti bundan ibarətdir ki, bu funksiyaların icrasını təmin etsinlər. Əks, qeyri-konstruktiv addımların atılması təbii ki, ictimaiyyətdə də böyük narazılıqlara səbəb olur".
İ.Hüseynov vurğulayıb ki, öncəki komandan general-leytenant Muradov həm seperatçılarla keçirdiyi görüşdə, həm də ümumən bəzi hərəkətlərində kifayət qədər neqativ rəy toplaşmışdı: "Ümid edirik ki, hazırki komanda Mixail Kasabokov bu səhvləri təkrarlamayacaq. Əgər, qanunsuz və yaxud mandatdan kənar yollarla fəaliyyət göstərəcəksə, onda onun da müddəti Rusiya tərəfindən təqdir olunmayacaq və onun da dəyişdirilməsi baş verə bilər. İstənilən halda sülhməramlıların fəaliyyəti beynəlxalq praktikaya uyğun olaraq həyata keçirilməlidir və regionda baş verən bütün proseslər rəsmi Bakı ilə razılaşdırılmış şəkildə həyata keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB