ERMƏNİSTANI DÖVLƏT OLARAQ TANIMAMAQ OLARMI? TƏHLİL

ERMƏNİSTANI DÖVLƏT OLARAQ TANIMAMAQ OLARMI? TƏHLİL

Diplomatik qaydalara görə bir dövlətlə iqtisadi, siyasi və digər əlaqələr qurulmursa, bu, həmin dövlətin bir dövlət olaraq tanınmaması deməkdir. Buna bəzi ərəb dövlətlərinin Fələstinin ərazilərini işğal etdiyinə görə, İsraili dövlət olaraq tanımamalarına misal olaraq göstərmək olar. Bu nöqteyi-nəzərdən Ermənistanın dövlət kimi (Pakistanın və Səudiyyə Ərəbistanın Ermənistanı dövlət kimi tanımaması təcrübəsi mövcuddur) tanınmaması istiqamətində iş aparmaq mümkündür. Digər ərəb ölkələrinində Pakistan və Səudiyyə Ərəbistanı kimi analoji addım atmaması, təbii ki, təəccüb doğurmaya biiməz. Ermənistanın dövlət kimi tanınmaması istiqamətində Azərbaycan parlamenti də gərgin iş aparmalıdır. Çətin də olsa, bu işi həyata keçirmək mümkündür. Ermənistana qarşı ən azı iqtisadi, siyasi sanksiyalaların tətbiq olunması üçün ərəb ölkələrinin gücündən istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, ərəb ölkələri beynəlxalq aləmdə böyük güc mərkəzi kimi tanınır və qəbul olunur. 22 ərəb dövləti və 56 müsəlman ölkəsində 1,4 milyard müsəlman yaşayır. Müsəlman dövlətləri geniş coğrafi ərazini əhatə etsələr də, birliyə malik deyillər. Misir, İordaniya kimi ölkələrin ərəb birliyinə mane olduqları şübhəsizdir. Hətta 1978-ci il Kembel müqaviləsinə əsasən, Ənvər Saadat İsraillə əlaqələr qurdu, bu ölkənin dövlət olaraq mövcudluğu tanındı. Düzdür, bunun nəticəsi Ənvər Saadat üçün acınacaqlı oldu. Misirli kamikadze Ə.Saadatı öldürməklə ərəb dünyasının üzərindəki ləkəni götürmək istədi, amma artıq gec idi. Qısası ərəb dövlətlərində ümumi maraqlar ətrafında birləşmə yoxdur. Buna baxmayaraq, ərəb dövlətləri Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsinə o qədər də etinasız deyillər. İslam Konfransı Təşkilatı Ermənistanı işğalçı dövlət kimi tanıyıb, həmçinin bu təşkilatın parlamenti ermənilərin Xocalıda soyqırımı siyasəti həyata keçirmələri barədə qərar qəbul ediblər. Amma bu addımın ardınca ərəb dövlətləri əməli işə də keçə bilərlər. Yəni Ermənistanla siyasi-iqtisadi əlaqələri kəsmək olar. Səfirlikləri geri çağırmaqla ultimatum tələbi irəli sürmək də mümkündür. Necə ki, ABŞ və Şərqi Avropa ölkələri Səddam Hüseynə, Fransa isə Qəddafi hakimiyyəti qarşısında konkret vaxt qoydu. Eləcə də İKT-də Ermənistan hakimiyyəti qarşısında vaxt qoya bilərdi. Təəssüf ki, işğalçı ölkə olan Ermənistana qarşı müsəlman həmrəyliyi nəzərə belə çarpmır, əksinə, bəzən təcavüzkarı şirnikləşdirmək hallarına da rast gəlinir. Bunu qonşu İranın timsalında qeyd etmək olar.

İranin erməni qardaşlığının tarixi kökləri

Təsdiq olunmuş fakdır ki, İran birmənalı şəkildə ABŞ bu regiona girə bilməsin deyə, ermənilərlə hələ 1991-ci ildən yaxınlaşmağa başladı. Şuşa işğal olunanda Azərbaycan Respublikasının Milli Məclisinin sədri, eləcə də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda idi. Orada Ermənistan prezidenti Ter-Petrosyanla cəbhədə atəşkəsə nail olunması ilə bağlı müqavilə imzalayırdı. Belə məqamda Şuşa işğal olundu. Bu, nə deməkdir? Yəni İran Yaqub Məmmədovu aldadaraq Tehrana apardı, ermənilər də asanlıqla Şuşanı işğal etdilər? 20 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycanın yüksək dövlət rəsmilərinin və Rusiya hərbçilərinin olduğu vertolyotun vurulmasında da İranın əli vardı. Sübut olunub ki, bu hadisəni törədən 17 nəfərdən biri İran vətəndaşıdır. Həmin terror aktını törədən şəxsləri İran maneəsiz öz ərazisinə keçirdi. Bu gün də İran işğalçı Ermənistanı bu və ya digər formada dəstəkləyir. Hər gün ermənilər heç bir viza, şərt tələb olunmadan Xudafərin körpüsü vasitəsi ilə İrana gedib-gəlirlər. Bu, həm də onu göstərir ki, İran burada Rusiyanın maraqlarını təmsil edir. Hazırda Ermənistan Rusiya üçün İrana silah ötürməklə bağlı ən yaxşı vasitədir. İran özünü islam respublikası elan edib. Bu respublikanın banisi ayətullah Xomeneynidir. Xomeneynidən qalma ideologiyaya görə, (bu, həm də xomeneyizm ideologiyası adlanır) müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İdeologiyanın birinci şərti budur. Amma İranın indiki və əvvəlki prezidentlərinin apardıqları siyasətə nəzər yetirdikdə, bu, ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. İran prezidenti Mahmud Əhmədinejad özünü Xomeneyinin bir nömrəli davamçısı elan edib. Amma M.Əhmədinejad Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan çox insanı ev-eşiyindən didərgin salan Ermənistanla geniş əməkdaşlıq münasibətləri qurmaqla pozubdur. Bu gün xomeneyizm ideologiyasının mühüm prinsiplərindən biri də islam inqilabının ixracıdır. Amma burada da fərqli mövqe görünür. Yəməndə, Misirdə, Tunisdə inqilablar baş verəndə İran rəhbərliyi elan etdi ki, bu xomeneyizm ideologiyasına əsasən, İran inqilabının ixracının təntənəsidir. İran Suriyaya qarşı münasibətdə isə əks-mövqe sərgilədi. Halbuki oxşar ssenari, oxşar proseslərdir. Deməli, lazım gələndə, siyasətdə xomeneyist də olmaq olar, başqa halda isə xomeneyzim ideologiyasının əleyhinə siyasət də yürütmək də olar. İranın ali dini rəhbərliyinin apardığı bu yanlış siyasət regionda vəziyyəti gərginləşdirməklə yanaşı, islam dünyasında da parçalanma yaradır. Bu nöqteyi-nəzərdən o qənaətə gəlmək olar ki, əgər yaxın qonşu müsəlman dövləti olan İran ikili siyasət yeridirsə, o zaman Azərbaycandan uzaq olan ərəb dövlətlərindən Ermənistana qarşı sərt mövqe sərgiləyəcəklərini gözləmək olarmı? Burada Azərbaycanın regionun lider dövlətinə çevrilməsi beynəlxalq münasibətlər sistemində söz sahibi olması da ölkəmizə qarşı qısqanclıq hissinin yaranmasına səbəb olur. Bəzi dövlətlər zahirən özlərini dost ölkə kimi göstərsələr də, əslində, Azərbaycanın dünyada artan gücü, yüksələn iqtisadi potensialı onları narahat edir. Bir çox müsəlman ölkələrində hakimiyyət ilə xalq arasında dərin uçurum yaranıb. Onlar bundan da qısqanırlar ki, Azərbaycan sabit, sakit dövlətdir. Azərbaycanda milli birlik mövcuddur.

Azərbaycan Göyçənı, Dərələyəzi, Qərbi Zəngəzuru və İrəvanı da işğaldan azad edib, tarixi ədalətsizliyi bərpa edə bilər

Çox təəssüf ki, Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ABŞ, Rusiya və Fransa məşğul olur. Hansı ki, bu dövlətlər bu problemin həllində maraqlı deyillər. Ona görə ki, hər üç dövlət Ermənistana bütün hallarda himayədarlıq edirlər. Fransa Ermənistanı bacısı hesab edir. 2012- ci il yanvarın 23-də isə Fransa Senatı qondarma "erməni soyqırımı"nı kriminallaşdıraraq, bu soyqırımı etiraf etməyənlərə cəza tətbiq edilməsi barədə qərar qəbul etdi. 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonra da Fransa hər cür siyasi, hərbi dəstəyini Ermənistana göstərdi. Hətta qondarma rejimi “müstəqil dövlət” kimi tanımaq barədə absurt qərar qəbul etdi. Bununla da Fransa tərəfliyinin hansı formada olduğunu ortaya qoyur. Düzdür sonradan Fransa Konstitusiya Şurası Senatn "erməni soyqırımı"nı etiraf etməyənlərə cəza tətbiq edilməsi barədə qərarını ləğv etdi. Amma fakt ondan ibarət oldu ki, Sarkozi, eləcə də Makron kimilər ermənipərəstlikdən boyun qaçırmaq fıkrində deyillər. Rusiyanın isə Ermənistana bir quberniyası kimi baxdığı hər kəsə bəllidir. Rusiya Ermənistanı qoruyur və müdafiə edir. Ermənistanın istənilən hakimiyyət dəyişikliyi Rusiya tərəfindən müəyyənləşir. Hazıkı məqamda Paşinyanı Ermənistan əhalisi baş nazir kimi qəbul etməsələr də, Rusiyanın siyasi maraqlarına təpki göstərir və istəyinə də nail olur. Rusiyanın Gümrüdə 102 saylı hərbi bazası yerləşir. Heç bir əsas və səbəb olmadan hərbi kontingentin 49 il müddətinə Ermənistanda qalması haqqında müqavilə imzalanıb. Yəni Ermənistan bütün mənalarda Rusiyadan asılı olan qeyri-real dövlətdir. Rusiya necə tərəfsiz ola bilər ki, Qarabağı işğal etmiş Ermənistanda hərbi bazası var. Hələ 1997-ci ildə Rusiya Ermənistana 1 milyard dollar həcmində haqqı ödənilməyən silah-sursat hədiyyə edib. Sonrakı mərhələlərdə də Rusiya dilənçi payını Ermənistandan əsirgəməyib. Rusiya necə Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tuta bilər ki, işğalçı Ermənistan onun hegemonluğu ilə yaradılan KTMT-də təmsil olunur. Hava məkanı, sərhədlərini Rusiyanın qoruduğu Ermənistanın müstəqil dövlət olduğunu iddia etməsi yalnız gülüş doğurur. Bir məsələni də yaddan çıxarmaq olmaz ki, Rusiya münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Əgər münaqişə öz həilini taparsa, o zaman Rusiyanın vacibliyi və hazırlıq əmsalı da aşağı düşə bilər. Münaqişə qalarsa, Ermənistanın Rusiyadan asılılığı qalar. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Azərbaycanın hərbi variantdan istifadə edə biləcəyindən qorxan Ermənistan Rusiyaya yarınmaq, yaltaqlanmaq fəaliyyətini davam etdirməli olacaq. Nə qədər paradoksal olsa da, Rusiya Dağlıq Qarabağ probleminin həllinin öz əlaltısının xeyrinə olmasını belə istəməz. Amerika Birləşmiş Ştatları isə prinsip etibarı ilə münaqişənin həllini istəyir, amma onun üçün münaqişənin kimin xeyirinə həllinin fərqi yoxdur. ABŞ üçün əsas odur ki, münaqişənin həlli çərçivəsində milli maraqları təmin olunsun. Dünyanın fövqəldövləti olan ABŞ-ın istənilən münaqişənin həllinə nail olmaq imkanları var. Faktlara əsasən demək olar ki, ABŞ-ın dünyanın 30 ölkəsində 760-a qədər hərbi bazası və hərbi obyektləri mövcuddur. Yalnız 2021-ci il üçün ABŞ-ın hərbi büdcəsi bir trilyon dollar olub. Nəzərə almaq lazımdır ki, BMT-nin üzvü olan 194 ölkənin hərbi büdcəsi 1,4 trilyon dollar olduğu halda, ABŞ bu vəsaitin yarısından çoxuna malikdir. Bu nöqteyi-nəzərdən demək olar ki, ABŞ istənilən problemi, o cümlədən də, Ermənistana siyasi, iqtisadi cəhətdən təsir və təzyiq etməklə, vəhşi toplumdan ibarət olan erməniləri regionda gərginlik yaratmaqdan çəkindirə bilər.. Yetər ki, ABŞ-ın marağı olsun və məsələyə ikili yanaşmadan çəkinsin. Görünən isə ondan ibarətdir ki, ABŞ-dakı erməni lobbisi hakimiyyətləri Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləməyə imkan vermir. Bu isə bir daha ikili yanaşmalardan xəbər verir. Bütün hallarda isə Azərbaycan beynəlxalq aləm üçün ciddi problem kimi görünən Qarabağ məsələsini özü təkbaşına həll etdi. Bununla da həm də BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycan torpaqlarından çəkilməsinə dair 4 qətnaməsini özü həll etmiş oldu. Yəni Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Qarabağ münaqişəsini 44 günlük Vətən müharibəsi ilə Ermənistanı təslimçilik aktını imzalamağa məcbur etməklə bitirdi. Tam qətiyyətlə demək olar ki, Azərbaycan qısa zaman kəsiyində 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il birgə razılamaların müddəalarını da yerinə yetirə bilər. Təbii ki, əgər Ermənistan birgə razılaşmaları yerinə yetirməsə və təxribatlar törətsə, bu halda Ermənistanın vəziyyəti daha acınacaqlı və faciəvi olar. Hətta Azərbaycan tarixi əraziləri olan Göyçənı, Dərələyəzi, Qərbi Zəngəzuru və İravanı da işğaldan azad edib, tarixi ədalətsizliyi bərpa edər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə