"Biz bu məsələni öz başına qoymayacağıq" - SİYASİ ŞƏRHÇİ DİLƏ GƏLDİ
"Ümumiyyətlə, rus sülhməramlılarına Rusiyanın kimi təyin etməsi mühim rol oynamır. Rusiya dövlətinin burada konkret yeritdiyi siyasəti var. Eyni zamanda Azərbaycanın da Rusiya və Ermənistanla bağladığı bəyanat məsələsi var. Yəni bütün prosseslər bəyanat çərçivəsində həyata keçirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, burada kimsə gəlib sülhməramlılara komandan seçilibsə, bu o demək deyil ki, nəsə dəyişəcək, yaxud dəyişməlidir.
Azər Həsrət bu barədə fikrini belə izah edib: "Moskva öz sülh yaradanlarına nəyi diqtə edəcəksə, tapşıracaqsa onlar da onu edəcək. Baxıram, cəmiyyətdə narahatlıq var ki, bu adam Abxaziyada nələrlə məşğul olub, Donbasda nələrlə məşğul olub. Bunlar onun öz fəaliyyəti olmayıb. Rusiya dövlətinin siyasəti olub, Rusiya nəyi tapşırıbsa, o da onu yerinə yetirib. İndi burada da nə tapşırılsa, yeni komandan onu yerinə yetirəcək. Bununla yanaşı Azərbaycan dövlətinin özünün də sülhməramlılarla bağlı siyasəti var. Biz bu məsələni öz başına qoymayacağıq. Azərbaycan burada əmirqulu deyil. Azərbaycan müstəqil dövlətdir. Onlar da bu qanunlar çərçivəsində fəaliyyət göstərməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB