YAP Suraxanı rayon təşkilatı şəhid övladının doğum gününü təbrik edib FOTOLAR

YAP Suraxanı rayon təşkilatı şəhid övladının doğum gününü təbrik edib FOTOLAR

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuş baş leytenant Həmidov Mixail Hamlet oğlunun ailəsini ziyarət ediblər. Təşkilatın aparat rəhbəri vəzifəsinin səlahiyyətini icra edən Salman Əbdülov təşkilat adından şəhidin 12 yaşı tamam olan qızı Mədinəni doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim edib.

Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyiblər. Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə