"Kadr islahatları idarəetməni optimallaşdırır və bürokratiyanı sıradan çıxarır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbyacanda həyata keçirilən islahatlar kompleks xarakter daşıyır və bütün sahələri əhatə edir. İslahatlar dinamik və ardıcıl olaraq həyata keçirildiyi üçün biz artıq əvvəlki illərdə həyata keçirilən islahatların müsbət nəticələrini görməkdəyik”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, bu gün aparılan islahatlar isə sabahkı uğurlarımızın əsasını təşkil edəcək: “Son bir neçə ildə dünyada baş verən olduqca mürəkkəb sosial-iqtisadi kataklzimlər və buna paralel olaraq bəşəriyyət tarixinin ən qorxunc pandemiyalarından birini yaşamağımıza baxamayaraq ölkəmizdə vaxtında aparılan struktur və kadr islahatları həm sosial-iqtisadi, həm də sağlamlıq və tibbi xidmət sahəsində indiki çətin vəziyyətdə vətəndaşlarımızın sosial rifahının və sağlamlığının qorunmasında mühüm rol oynamış oldu. İslahatların ən vacib istiqamətlərindən biri də şübhəsiz ki, kadr islahatlarıdır”.

H.Babaoğlu vurğulayıb ki, sürətlə dəyişən yeni dünya nizamı, bu nizamla ayaqlaşmağı bacaran Azərbaycanda yeni kadr təyinatlarını da zəruri edir: “Ona görə də vaxtaşırı yeni nəsil kadrların idarəetmədə və digər sahələrdə mühüm vəzifələrə irəli çəkilməsi həm də struktur islahatları ilə müşahidə edilməsi idarəetməni optimallaşdırır və bürokratiyanı sıradan çıxarır. Nəticədə isə vətəndaş məmnunluğu artır, ölkəmizin inkişafı üçün yeni şərtlər formalaşır. Elə bu günlərdə Mədəniyyət və Gənclər və İdman sahəsində yeni təyin olunan kadrlar da şübhəsiz ki, bu mühüm shələrdə yeni keyfiyyət dəyişikliyi yaratmağa hesablanıb və əminəm ki, qısa müddət ərzində biz bunu artıq hiss edəcəyik. Azərbaycan Prezidentinin verdiyi tövsiyyə və tapşırıqlar isə müvafiq sahədə ciddi dönüş yaratmaq üçün strateji kompas rolunu oynayacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə