"Biz bir daha sübut etdik ki, Qarabağ..." - DEPUTAT AÇIQLADI

“Füzuli Hava Limanının qısa müddətdə açılışı bütün dünyaya bir mesaj idi. Biz bir daha sübut etdik ki, Qarabağ Azərbaycandır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan “Böyük Qayıdış” layihəsini sürətlə həyata keçirir: “Qarabağın hava limanları, yolları, dəmir yol sistemləri, infrastrukturun bərpası və ağıllı şəhər, ağıllı kənd layihələrini ən müasir texnologiyaların istifadəsi ilə Qarabağı cənnətə çevirmək proqramı və yüz minlərlə vətəndaşlarımızı evlərinə qaytarmaq planı bütün dünyaya onu nümayiş etdirir ki, Qarabağın əsl sahibləri Vətəninə qayıdıb və Füzuli Hava Limanı da bu istiqamətdə ilkin addımdır. 30 il işğal ərzində vandallizmdən başqa heç bir şey dünyaya nümayiş etdirə bilməyən Ermənistan bu gün azərbaycanlıların məhz Qarabağın sahibi olduğunu real görürlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə