Elə mövzular var ki, mətbuat meydana gələndən bu günə kimi hər zaman aktual olub və bundan sonra da aktual olaraq qalacaq. Mövzular var ki, bir vaxtlar aktual olub, ancaq bu gün üçün aktuallığını itirib. Nəhayət, elə mövzular da var ki, o barədə yeni-yeni yazmağa başlamışıq, hələ yazmağa ehtiyac da hiss olunur.
Yeni aktual mövzu ”bazar”ında ən son yeniliklərdən biri və bəlkə də ən mühümü sosial şəbəkələrlə bağlıdı. Son 20-25 ilin yeniliyi olan, az müddətdə bütün dünyada yayılan və az qala hava, su qədər həyat tələbatına çevrilən sosial şəbəkələrdən dünyanın hər yerində, demək olar ki, hamı istifadə edir. Məktəb yaşlı uşaqlardan, gənclərdən tutmuş pensiyaçı qocalara qədər heç kəs indiki həyatını onsuz təsəvvür eləmir. Özlüyündə bəşəriyyətin inkişaf tarixində çox mühüm əhəmiyyət kəsb edən bu tərəqqi, heç şübhəsiz təqdirəlayiqdir və ondan kənar qalmaq faktiki mümkün deyil. Cəmiyyətlərin əksəriyyəti sivil dünyanın bu kəşfindən həm cəmiyyətin problemlərinin sürətlə aradan qaldırılmasında, həm də öz milli dəyərlərinin, milli maraqlarının beynəlxalq aləmdə təbliğində planlı, düşünülmüş şəkildə yararlanır. Təbii ki, şeytan qanından dünyaya səpələnmiş erməni və ermnikimilər daha çox özlərinə düşmən gördükləri millətləri, dövlətləri şərləməkdə, özlərini aranqutandan törəmiş ilk şüurlu məxluqlar kimi dünyaya sırımaqda, ondan-bundan oğuladıqlarını isə utanmadan ulularının (bəlkə də ulaqlarının) mədəniyyəti kimi tanıtmaqda istifadə edirlər. Amma bu, bir istisnadır və dünyanın mütləq əksəriyyəti sivil düşüncə daşıyıcıları olduğuna görə erməni və ermənikimilər, sadəcə özləri özlərini rüsvay edirlər.
Nə isə, mövzumuz erməni xislətini müzakirə etmək deyil və buna heç ehtiyac da yoxdu, həvəs də. Qayıdıram əsas məsələyə. Bəs biz necə? Bizlər sosial şəbəkədən necə istifadə edirik? Artıq dünyada formalaşan sosial şəbəkə mədəniyyəti bizim cəmiyyətdə hansı səviyyədədir? Əvvəlcədən deyim ki, şükürlər olsun, 10-15 il əvvəllə müqayisədə xeyli inkişaf var və bunu görməmək korluq, görüb qiymətləndirməmək isə nankorluq olar. Amma nə yazıqlar ki, bu inkişafın kölgəsində sürünə-sürünə də olsa sosial şəbəkələrdən iyrənc məqsədlər üçün istifadə edənlər, yaxud səviyyəsinə görə müxtəlif şəbəkələrdə çox cılız, milli mentalitetə yabançı, bəzən savadsız, bəzən gərəksiz çıxışları ilə ilk növbədə özünü, ümumilikdə isə milli kimliyimizi hörmətdən salanların sayı da az deyil.
Yox, oxucu elə düşünməsin ki, tik-tokla narkotika şəbəkəsi quranlardan danışıram. Bu, cinayət faktıdır və cinayətin də cəzası var, yəqin alacaqlar. Fikrimiz nə də sosial şəbəkələrdə ona-buna şər yağdıranlar, özünü hamıdan daha ağıllı bilib, cəmiyyətə “ağıl dərsi” verənlər haqqında uzun-uzadı danışıb vaxtınızı almaq deyil. Mən çox sadə, çox bəsit bir problemdən danışıram. Dediyim başqa məsələdi. Açırsan feysbuk səhifəsini. Çox az hallarda milli dəyərlərimizlə, cəmiyyətin ciddi problemləri ilə bağlı səviyyəli yazılarla rastlaşırsan. Onu da paylaşanda ya beş adam oxuyub bəyənir, ya da on beş. Di gəl bir adam bulaq başında yeyib-çidiyini fotoya köçürüb qoyur səhifəyə...Pa... “Nuş olsun”, “yerimiz məlum”, “pis gününüz belə olsun” və s. və i. Kimi “şərh”lər nə qədər yazılır? Yaxud biri iyirmi il bundan əvvəl dünyadan köçən atasının ölüm günündə bir kiçik “statya” yazır, neçə yüz adam “allah rəhmət eləsin” yazır. Eyni vəziyyət övladını, nəvəsini qucağına alıb şəkil çəkdirən, sonra da onu feysbuukda yerləşdirən valideynlərin “statya”larına münasibətdə də təkrarlanır. Məncə bütün bunlar bizim hələ də sosial şəbəkələrdən istifadə mədəniyyətimizin lazımi səviyyədə olmamasından irəli gəlir. Hələ hər gün səhər-səhər “sabahınız xeyir” fotosu ilə paylaşım edənləri demirəm...
Sizləri bilmirəm, amma mən yoruluram! Vallah yoruluram! Siqnal gəlir ki, feysbuukda yeni paylaşım var. Açırsan, yüz paylaşımdan 99-u yuxarıda sadaladıqlarımdandı. Nə qədər belə “dost”ları “dostluğum”dan silirəm, yeniləri gəlir. Bilmirəm, bəlkə sosial şəbəkə mədəniyyətindən də bir az danışmağa ehtiyac var! Amma deməyin ki, bunu da salaq orta məktəb dərsliklərinə, orda tədris olunsun!..
Təhmasib Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB