"Cənab Prezidentin səyləri nəticəsindədir ki..." - DEPUTAT ŞƏRH ETDİ

"Cənab Prezidentin səyləri nəticəsindədir ki..." - DEPUTAT ŞƏRH ETDİ

"Füzulidə təhvil verilən, istismara verilən aeroport Azərbaycan iqtisadiyyatının nəhəngliyini, imkanlarını göstərir. Göründüyü kimi, bütün dünya maraqla qarşıladı ki, söz verildiyi kimi aeroport ilin sonuna kimi istifadəyə verildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görıə, bu, cənab Prezidentin səyləri nəticəsindədir ki, biz Qarabağ regionunu çox intensiv formada inkişaf etdiririk. Bu barədə Rüfət Quliyev fikirlərini belə izah edib: "Burada infrastruktur layihələr, yollar, qaz çəkmə, işıq, su çəkmə, elektrik stansiyalar, indi də aerportun tikilməsi görülən işlərin sürətlə həyata keçirildiyinin əyani göstəricisidir. O cümlədən, qeyd etmək istərdim ki, iki nəhəng təyyarə gəlib enib. Biri Airbus A340-500, biri də Boeing 747-400 təyyarəsi idi. Bu da onun göstərir ki, aeroport tam beynəlxalq standartlar ilə təchiz olunub və gələcəkdə bu və digər iki başqa aeroport tək Qarabağ regionun yox, bütün Azərbaycanın iqtisadiyyatının inkişafında nəhəng, böyük rol oynayacaq. Gələcək üçün, təbiidir ki, pandemiya qurtarandan sonra orada turizmi inkişaf etdirəcəyik. Düşünürəm ki, ora tək Azərbaycanın başqa bölgələrindən yox, eyni zamanda yaxın və uzaq qonşu ölkələrdən insanlar turist kimi gələcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə