Qaragüruhun daha bir öndə gedəni Əli Əliyev kimi avantürist riyakarlar...
“Yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir” zərb-məsəli müdrik Nizami Gəncəvinin iki əks qütbdə dayanan “Xeyir və Şər”inin mübarizəsi ilə eyniləşir. Bütün sınaqlarda böyük xeyirxahlıq nümayiş etdirən “Xeyir”in, sonda qazanmış olduğu parlaq qələbəsinin fövqündə “Şər”in rəzil ölümü, əslində, əbədi həqiqətin mütləq təntənəsinin təzahürü idi. Bu gün Azərbaycan dövlətinin diplomatik “Dəmir yumruq” siyasəti nəticəsində 20 faizdən çox torpaqlarımızı 30 il əsarətdə saxlayan, “Böyük Ermənistan” xülyasına, «24 aprel» stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyuldu, əzə bildi. Bu Azərbaycanın haqq yolu idi və həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Bu əzm xalq-dövlət birliyinin, inamının qələbsidir. Ali Baş Komandanın, Azərbaycan Prezidentinin “Dəmir yumruq” siyasətinin qələbəsidir. Və bu qələbədə bütün şəhidlərimizin, Xocalı soyqırımı, 31 mart soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: “Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir, Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız”.
Beləliklə, bir daha bütün dünya Azərbaycanın illər boyu haqq yolunda olduğunun şahidi oldu. Çünki haqqın tapdandığını görüb, onu müdafiə etməmək xəyanətdir, deyib ulu babalarımız. Bu gün Azərbaycan dövləti məhz bu haqq yolunda qürurla, inamla, vüsətlə, şərəflə və ləyaqətlə addımladığı halda...
Sosial şəbəkələrdə Əli Əliyev kimilər "reallıq" axtarırlar...
Fizikadakı adi hərəkət qanununa görə, dalğa bir yerdə qala bilməz; o, fasiləsiz olaraq irəli və geri hərəkət etməlidir. Tarix də elədir. İctimai həyatın çirkin ifrazatı radikal ruhlu müxalifətin sıralarında yer aldığına görə o nə isə etmək, bacarmaq, yaratmaq iqtidarında deyil. Bir də deyirlər ki, dəniz çirkab götürmür; o, yad cisimlərdən xilas olmaq üçün güclü dalğaları ilə vurub sahilə çıxarır. Öz doğuşu və təşəkkülü ilə ən yeni tariximizin ikrahdoğurucu səhifələrindən birini yazmış radikal, antimilli müxalifət də cəmiyyətimizin kükrəyən inkişaf ahənginin miqyaslarına tab gətirməyərək siyasi səhnədən silinmək də, çökməkdə, iflas etməkdədir.
Bu gün özünü müxalifət adlandıran, cəmiyyətdə dayağı olmayan, hələ də mitinq və küçə təfəkkürü ilə yaşayan “VİP” sədri Əli Əliyev, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və... kimi mənəviyyatsızlar 30 il əvvəlki ağıl və düşüncə, vərdişləri unuda bilmirlər. Ancaq anlamırlar ki, dünya inkişaf edir. Və hələ də anlamırlar ki, indiki hakimiyyət milli hakimiyyətdir. Azərbaycan müxalifəti isə milli maraqlardan, millilikdən uzaqlaşıb. Və bu gün Əli Əliyev kimi «dil pəhləvanları» 44 günlük Vətən müharibəsinin bitməsindən dərhal sonra sosial şəbəkələrdə qələbəmizə qarşı çirkin çıxışları xalq tərəfindən nifrətlə qarşılanır.
Elman Nəsirov: “Əli Əliyev, isti yerdə oturub, ağzına gələni danışma”
Son günlər “VİP” sədri Əli Əliyevin sosial şəbəkələrdən dövlətin əldə etdiyi uğurlara kölgə salmağına cavab olaraq millət vəkili Elman Nəsirov hər zaman «vətənpərvərlikdən» danışan dil «pəhlivanının» övladlarının müharibədə iştirak edib-etmədiyini soruşub. Bununla da anlaşılmazlıq yaranıb. Ə.Əliyev əvvəlcə 3 oğlu olduğunu və onların çağırış gəlmədiyi üçün müharibəyə getmədiklərini bildirib. Daha sonra isə yalnız bir oğlu olduğunu və onun da səhhətində problem olduğu üçün müharibəyə çağırılmadığını deyib.Millət vəkili : “Bəli, sosial şəbəkələrdə dil «pəhləvənı» olmaq «qəhrəmanlıq» olmadığını və isti yerdə oturub, ağzına gələni danışma. Və bu gün sənin kimlər dəfələrlə söyləyirsiniz ki, Qarabağ torpaqlarını iqtidar heç vaxt geri qaytara bilməz. Amma nə baş verdi? 44 gün ərzində Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə ordumuz tarixi qələbəyə imza atdı”.
O ki qaldı “VİP” sədri Əli Əliyevin “torpaqları biz onsuz da boşaldacaqdıq” fikrinə, Elman Nəsirov bildirib ki, bəzi fikirlər var ki, onlar heç tənqidə dözmür: “Bir dəfə Ə. Əliyevlə debatda olarkən o dedi ki, Azərbaycan iqtidarı torpaqları heç vaxt azad etməyəcək. Sual verdim ki, torpaqların azad edilməsinə dair bir planınız var? O da dedi ki, bəli, var, əgər biz hakimiyyətdə olsaq, ABŞ, Fransa və Rusiyada görəcəklər ki, Azərbaycanda demokratik qüvvələr hakimiyyətə gəlib və bunun özü münaqişənin həlli üçün yaşıl işıq yandıracaq. Mən də bunun nəyə bənzədiyini açıqladım. Dedim ki, sizin məntiqinizlə Vaşinqtondan İrəvana zəng vurub, Paşinyana deyəcəklər ki, xəbəriniz var, bəs Azərbaycanda demokratik qüvvələr hakimiyyətə gəlib?! Buna görə də, vaxtı ilə işğal etdiyiniz torpaqları geri qaytarın. Vurğuladım ki, 30 il keçməyinə baxmayaraq sizin düşüncə və məntiqiniz hələ də dəyişməyib. Olduqca bəsit yanaşmaları. İndi də deyir ki, “onsuz da biz torpaqları qaytaracaqdıq.” Əslində, torpaqların necə, nə vaxt və hansı yolla qaytarılması haqqında Prezident İlham Əliyev çıxışında bildirib».
Ölkə rəhbərinin başçılığı ilə 18 illik qələbəyə aparan yoldan söz açan Elman Nəsirov bildirib ki, özünü müxalifət kimi təqdim edənlər populizmlə məşğuldur: «Onlar görür ki, Azərbaycan Prezidenti müharibə dövründə necə böyük dövlət başçısı, diplomat və sərkərdə olduğunu bütün dünyaya sərgilədi. Müxalifət bu reallıqları, prezidentin yüksək reytinqini həzm edə bilmir. Bu səbəbdən də əsassız ittihamlar səsləndirirlər.
Deyirlər ki, torpaqları geri alacaqdıq. Bəs, niyə Gürcüstan Cənubi Osetiya və Abxaziyanı geri ala bilmir? Nə üçün Moldova hələ də Dnestryanı torpaqları özünə qaytarmır? Buna görə də, isti yerdə oturub, çayı qarşına qoyub, ağzına gələni danışma. Çünki dövlətimiz və dövlətçilik əleyhinə ittihamlar qəbuledilməzdir».
Azərbaycanın bu uğurlarını həzm edə bilməyən Əli Əliyev kimilər...
Azərbaycanın bu uğurlarını həzm edə bilməyən Əli Əliyev kimilər ancaq erməniyə dost və onun dəyirmanına su tökənləri adlandırmaq olar. Çünki bu gün Azərbaycan uzun illər işğal altındakı torpaqlarını azad etmiş, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində böyük işlər görür və bu uğurlara qısqanclıqla yanaşan “VİP”-nin sədri youtube kanallarında etdiyi radikal çıxışları ilə dil “pəhlivanlığı” ilə “sox şeylər edəcəyini” bildirir. Ən gülünc doğuran isə odur ki, “məsləhət verməklə” bir daha xalqın nifrətinə səbəb olur.
Ancaq hələ də anlamır ki, Azərbaycanın bu gün dünya çapında tutduğu mövqeyi və dünyada söz sahibinə çevrilməsi məhz Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və vətəninə olan sevgisi sayəsində nail olunmuşdur. Və pafoslu çıxışlarla insanların xoşuna gəlmək olmaz. Çünki xalq son 18 il ərzində bütün sahələrdə qələbə qazanan Azərbaycan 44 gün davam edən İkinci Vətən Müharibəsi dövründə bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidenti 44 günlük savaş zamanı dünyanın 30-a yaxın mediasına çoxsaylı müsahibələr verdi, bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə Qərb ictimai rəyində Azərbaycanın xeyrinə dönüş yarada bildi. Hətta qərəzli suallar qarşısında sözün əsl mənasında siyasi liderlik dərsi keçən Prezident Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoydu, bütün dünyaya çatdırdı. Müharibədən sonra 50-dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi və 4 saatdan çox davam edən mətbuat konfransında isə Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırdı. dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsi təmin edilib.
Dövlət başçısının dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələrdə təkcə erməni yalanları ifşa edilməyib, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyaları da iflasa uğradılıb. Bir sözlə, dövlət başçısının həm müharibəni gedişində, həm də sonra beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi necə bacardığının hər kəs şahididir. Mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı ilə Azərbaycan Prezidenti aydın göstərir ki, Azərbaycan iqtidarı dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə konseptual yanaşır.Bir sözlə, Əli Əliyev kimi ünsürlərin sosial şəbəkələrdə paylaşımları onların xarici himayədarlarından aldıqları sifarişlərin təqdimatıdır. Xalqa deyil, xarici anti-Azərbaycan dairələrə arxalanan, onların ssenariləri əsasında durub oturan belələrindən ölkəmiz haqqında müsbət fikir gözləmək sadəlövhlük olar. Xalq onlara lazım olan dəyəri verib - tarixin zibilliyi. Bu qiymətdən dərs almaq əvəzinə, daha da anti-Azərbaycan təbliğatı aparmaq sağalmaz xəstəliklərinə işarədir. Həmçinin, bu xəstəliyin adı xəyanətkarlıq, mənəviyyatın itirilməsi, ən əsası satqınlıqdır. Bax, budur istər Əli Əliyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, qənimət Zahid, Vidadi İskəndərli, Sevinc Osmanqızı və ....kimi iblis xislətlilərin niyyəti. Ancaq çi fayda ki, onların bu istəyilə bir nəticə verməyəcək. Çünki satqınçılıq və xəyanətin ömrü az olur. Məgər bu reallıq dəfələrlə təsdiqini tapmayıbmı?
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB