Sorosun USAİD yolu ilə Azərbaycanda yaratdığı agenturası haqqında kitab (?!) ŞOK+FAKT

Sorosun USAİD yolu ilə Azərbaycanda yaratdığı agenturası haqqında kitab (?!) ŞOK+FAKT

“İnqilablar mühəndisi” kimi adlandırılan, lakin insanların tökülən qanları, dövlət çevrilişəri, tənəzzüllərə uğratmalar vasitəsi ilə milyardlar qazanan “Açıq Cəmiyyət İnstitutu”nun başçısı, öz adını daşıyan fondun təsisçisi Corc Soros barədə növbəti maraqlı fakt üzə çıxıb. SİA-ya etibarlı mənbələrdən daxil olan məlumata görə, Azərbaycan xalqının və dövlətinin bir nömrəli düşməni olan, uzun müddət Bakıdakı fondunu məhz həmin məqsədlərlə işlətmiş, ifşa olunduqdan sonra isə qovulmuş Corc Sorosla bağlı kitab işıq üzü görüb və həmin kitab ABŞ-da yaxın zamanlarda tanınmış jurnalist Mət Palumbonun (Matt Palumbo) yeni jurnalist araşdırması kimi ictimaiyyətin diqqətinə çatdırır.

Kitabda Sorosun təsir agentlərindən tutmuş digər bir sıra ifşaları haqqında bəlkə də heç yerdə yazılmayan faktların da üzə çıxacağı ehtimal olunmaqdadır.

Kimlərin adları keçir?

Qeyd olunan kitabda digər məsələlərlə yanaşı, Sorosun Azərbaycandakı şəbəkəsi haqqında ətraflı məlumat verilib. Hətta ilkin məlumatlara görə, nəşrdə bəzi eks-deputatların, məmurların, jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin, QHT rəhbərlərinin də adları da yer tapıb.

Lakin maraqlı məqamardan biri də Sorosun tabeliyində olan USAİD-in dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən və hələ 1988-ci ildə təsis etdiyi “Şərq-Qərb İdarəetmə İnstitutu” adlı təşkilatlarının fəaliyyəti haqqında da xüsusi yerlər ayrılıb. Ümumiyyətlə, USAİD-in bu gün də Azərbaycandakı şəbəkələrinin fəaliyyət göstərmələri barədə məlumatlar var və SİA olaraq çoxsaylı faktları ictimai rəyin diqqətinə çatdırmışıq. O cümlədən, bu qurumun separatçı “DQR”də, həmçinin Ermənistandakı fəaliyyətləri barədə də necə deyərlər, “N” qədər məluatlar mövcuddur. Belə olan halda, sözügedən kitabın həqiqətən də rezonans doğuracağını bəri başdan ehtimal etmək mümkündür.

Kitabı aşağıdakı linklərdən sifariş etmək olar:

https://www.amazon.com/Matt-Palumbo/e/B00DXY5YMO%3Fref=dbs_a_mng_rwt_scns_share https://posthillpress.com/book/man-behind-the-curtain-inside-the-secret-network-of-george-soros

Göründüyü kimi, biz yaxın zamanlarda çox maraqlı ifşaların şahidi olacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə