"Yaxın Şərqdə baş verənlər..." - POLİTOLOQ AÇIQLADI

"Yaxın Şərqdə baş verənlər..." - POLİTOLOQ AÇIQLADI

“İstər bu gün Yaxın Şərqdə baş verənlər, istər Əfqanıstanda baş verənlər bilavasitə Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Bütün bu hadisələr bir-biri ilə sistemli şəkildə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, o cümlədən Ukrayna və onun ətrafında baş verənlər Cənubi Qafqazdakı proseslərdə bir-birinə bağlı olduğunu əyani şəkildə görürük: “Təbii ki, Əfqanıstandan miqrantların Avropaya tərəf üz tutması, Əfqanıstandakı geosiyasi qarışıqlıq, Yaxın Şərqdə, o cümlədən Suriyada və Liviyada baş verənlər MBD dövlətləri üçün əyani siyasi proseslərin mahiyyəti haqqında bir dərs olmalıdır. Təsadüfi deyil ki, biz hegemon dövlətlərin bu gerçəkçi mübarizəsi nəticəsində məhv edildiyinin, zəiflədiyinin şahidi olduq. Azərbaycan təbii ki, həmin gerçəkçi mübarizədə qlobal toqquşmalardan ən optimal nəticə çıxardaraq öz milli və dövlət maraqlarını reallaşması üçün ən maksimum hədəflərini reallaşdırmaqdadır. Hər bir dövlət müharibə edib, öz məqsədinə çata bilməz. Bu, siyasətin, dünyada gedən proseslərin reallığıdır. Təbii ki, rəsmi Bakı, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün oldu. Müharibədən sonra da bir neçə ayda artıq tez bir şəkildə infrastruktur layihələrinin reallaşdırılması, abadlaşdırma işləri, yolların çəkilməsi və dünən Füzuli Hava Limanının işə salınması da onun göstəricisidir ki, bir sıra qonşu dövlətlərdən fərqli olaraq Azərbaycan bu illər ərzində milli-ideoloji konsepsiyanı ölkə daxilində də çox güclü şəkildə qoyub".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə