"Amerika da buradan çəkilib gedəndən sonra..." POLİTOLOQ DANIŞDI
"Yaxın Şərq həmişə dünyanın qanayan yarası adlandırılıb. Çünki burda heç cür məsələləri bir yerə yığmaq, toplamaq olmur. Daim proseslərdə gərginlik, qarşıdurmalar, hətta müharibə şəraiti meydana gəlir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu baxımdan ən ağıllı mövqe Suriyada gedən proseslərdə özünü göstərir. Suriyada hələ də başa çatmamış vətəndaş müharibəsi, siyasi prosseslərin dağınıq olması, indi hakimiyyətdə olan qüvvələrin legitimlik cəhətdən ciddi problemlərinin olması diqqəti cəlb edir. Eyni şeylər İraqda da var. İraqda İranın dəstəklədiyi şiə çoxluğu vətəndaş konsensusunun yaradılmasına imkan vermir. Daima gərginliklər yaradır. Qabil Hüseynlinin sözlərinə görə, burada pozucu fəaliyyət önəmli rol oynayır. Politoloq bu barədə fikirlərini belə izah edib: "Ümumiyyətlə, yaxın Şərqin problemləri çoxdur. Bu problemlərlə Beynəlxalq təşkilatlar ciddi sürətdə məşğul olmur. Amerika da buradan çəkilib gedəndən sonra, Rusiya və İranın hegenmonluğu özünü göstərir. Rusiya Suriyada, İran həm Suriya, həm də İraqda öz hegemonluğunu həyata keçirməyə cəhd edir. Yaxın Şərqdə, ümumiyyətlə, hadisələr heç vaxt durulmur və hadisələrin nə vaxt durulacağı haqda dəqiq məlumat söyləmək çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB