Milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri - TƏHLİL
Yaxud anti-Azərbaycan qüvvələrin başında duran manyakal-depressiv psixoz Vidadi İskəndərli, Arif Məmmədovun, Sevinc Osmanqızı kimilər...
Son günlər sosial şəbəkə xəstələri, daha doğrusu təxribatçılar Vidadi İsgəndərlinin, Arif Məmmədovun, Sevinc Osmanqızının və digərlərinin müstəqil Azərbaycan dövlətinin qazandığı mühüm nailiyyətlərdən, xüsusilə torpaqlarını işğaldan azad etməsi və görülən bərpa- quruculuq işlərindən ciddi narahatlıq keçirirlər. Bunun nəticəsidir ki, erməni lobbisinin sifarişlərini yerinə yetirən və onlara xidmət edən antimilli satqın qrup Azərbaycana qarşı “qara piar” kampaniyasında yenidən fəallaşmağa cəhd edirlər.
Bu xəyanətkar qrup açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir, erməni ideoloqlarının uydurma tezislərinə istinad edərək ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bu şəbəkənin üzvü, xaricdə məskunlaşaraq Azərbaycan dövlətçiliyinə və xalqımıza qarşı aparılan çirkin kampaniyaların aktiv iştirakçılarından olan Vidadi İsgəndərlinin bu günlərdə səsləndirdiyi və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa xidmət edən absurd fikirləri də dediklərimizi sübuta yetirir. O açıq şəkildə bildirib ki, müharibə yenidən başlasa, əlində silah ermənilərə qarşı yox, bizə qarşı döyüşəcək. İxtisasca hüquqşunas olan bu adam yəqin ki, nə danışdığının fərqindədir. Bu xəyanətkar qrup açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir, erməni ideoloqlarının uydurma tezislərinə istinad edərək ictimai rəyi manipulyasiya etməyə çalışırlar.Bu yerdə rus yazıçısı Lev Tolstoyun dediyi sözləri xatırlatmaq yerinə düşür: “Vətənpərvərlik yaramazların son sığınacaq yerinə çox tez-tez çevrilir”. Bütün arqumentləri qurtaran adamlar sadəcə yalan danışmağa, özlərini şəxsi ambisiyaları barədə yox, yalnız xalq, onun rifahı barədə düşünən millət xilaskarı kimi göstərməyə başlayırlar. Təsəvvür edin, özünü əzabkeş, iqtidar tərəfindən təqib olunan biri kimi göstərən müxalifətin satqınlar "sülaləsi" ancaq satqınları müdafiə etməlidir. Bu təəccüb də doğurmur. Budur, danışanda ağzının suyu axan terrorçunun siması. Vidadri İkəndərli onu da bilir ki, onun getdiyi bir yol var - məğlubiyyət yolu. Bu o Vidadi İskəndərlidir ki, özgənin yalı ilə bəslənilərək torpğını, dədə-baba yurdunu sataraq, Avropa zibillliklərində eşələnir.
Xəyanət və riyakarlıq yolunu tutanların...
Xəyanət və riyakarlıq yolunu tutan Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Vidadi İskəndərli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu... kimi xəyanət və riyakarlıq yolunu tutan sapı özümüzdən olan baltalar, yəni xarici dairələrə və erməni lobbisini birbaşa xidmət edənlər bütün vasitələrlə çalışırlar ki, Azərbaycanın bu böyük qələbəsini kiçilitsinlər. Ancaq bu satqınlar bilməlidirlər ki, Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.
Və bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi.
Deyir "qozbeli qəbir düzəldər", amma radikal müxalifət deyilən satqınlar "sülaləsini" görünür, bu 28 il ərzində qəbir də düzəldə bilməyib. Və bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.
Nəticə...
Ancaq bu satqınlar bilməlidirlər ki, Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi bilir və özünün yaxşı bildiyini də bir daha nümayiş etdirdi. Bu Qələbə azərbaycanlılar haqqında «məğlub xalq» sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Bu realllığı heç vaxt anlamayan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... bu kimi sosial şəbəkə virusları bilməlidirlər ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Və Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.
Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... bu kimi şəxsiyyətsizliyi və simasızlığı ilə unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib tula payı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcəklər. Və onu da bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır və bağışlamayacaq da!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB