Azərbaycanın hərbi əməliyyat keçirməsi istisna deyil - EKSPERT RƏYİ
“Ermənistan razılaşmalara əməl etməyərək təxribatlara davam edirsə, sərhədlərin müəyyənləşməsində problem yaradırsa və Azərbaycana illərdir vurulan zərərdən ötrü təzminat verməyi qəbul etmirsə, Azərbaycanın hərbi əməliyyat keçirməsi istisna deyil”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspertin sözlərinə görə, biz bunu 2016-cı ilin əvvəllərində də, 2020-ci ildə də deyirdik və hər iki ildə də hərbi əməliyyatlar oldu: “Biz indi də bu barədə danışırıq. Azərbaycanın tam haqqı var ki, bölgədə anti-terror əməliyyatı keçirsin və Ermənistana yenidən layiqli cavabını versin”.
E.Həsənli vurğulayıb ki, Ermənistanın təxribatlar törətməkdə bir sıra məqsədləri var: “Fransa və ABŞ bölgədə ATƏT-in həmsədrləri kimi təsir dairələrini itirmək istəmirlər. Ona görə də böyük dövlətlər bu münaqişənin davam etməsində maraqlıdırlar. Münaqişəni daim diqqətdə saxlamaqla prosesi daim nəzarətdə saxlamaq istəyirlər. Bu münaqişənin yaranmasında da həmin qüvvələrin əli olub. Ermənistanda isə bu prosesdən bəzi qüvvələr hakimiyyət maraqları üçün yararlanırlar. Lakin Azərbaycan bütün bunlarla mübarizədədir. Biz problemi həll etmişik və kimsə bu məsələni alovlandırmaq istəsə, yenə dəmir yumruğu başları üzərində görəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB