Yarımfinalda iştirak edəcək komandalar məlum olub - FOTO-VİDEO

Yarımfinalda iştirak edəcək komandalar məlum olub - FOTO-VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların avqustun 30-da püşkatma mərasimi keçirilib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 31-də birinci divizionda Rusiya, Qazaxıstan və Çin komandaları ilə mübarizə aparacaqlar.

Yarımfinalda Azərbaycan komandası qırmızı, Rusiya komandası göy, Çin komandası sarı, Qazaxıstan komandası isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə