“Xaricdən olan bəzi qüvvələr bu şəxslərə böyük maliyyə ayırır” AÇIQLAMA

“Xaricdən olan bəzi qüvvələr bu şəxslərə böyük maliyyə ayırır” AÇIQLAMA

“Azərbaycanın inkişafı dünyanın böyük gücləri tərəfindən həmişə qısqanclıq hissi ilə yanaşdığının şahidi olmuşuq. Eyni zamanda, ölkə daxilində olan bəzi qüvvələr var ki, onlar da Azərbacanın uğurlarına kölgə salmaq üçün əllərindən gələni edirlər. Əgər bir ölkənin vətəndaşı öz ölkəsi haqqında xarici əleyhdarlarına yalanlara söykənən donoslar verirsə, bunun bir adı var, o da xəyanətdir. İstər Azərbaycan, istərsə də hansısa bir ölkənin vətəndaşı olsun, bunun başqa adı yoxdur”. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

QHT rəhbərinin sözlərinə görə, müxalifət düşərgəsini təmsil edən şəxslər üçün birinci dərəcəli məsələ öz cibləridir, mənafeləridir, maliyyə vəsaitidir: “Xaricdə olan bəzi qüvvələr də bu kimi şəxslərə kifayət qədər maliyyə ayırırlar və onlar da bu maliyyə vəsaiti əldə etmək üçün anormal addımlar atırlar. Xaricdə olan bəzi qüvvələr də öz məkrli planlarını həyata keçirmək üçün daxildə olan bu qüvvələrdən istifadə etməyə çalışır. Bu gün həm xaricdə olan bəzi qüvvələr, həm də daxildə olan bu qüvvələrin istəyi ölkəmizin uğurlarına kölgə salmaqdır. Amma onların nə istəməsindən və etməsindən asılı olmayaraq heç vaxt Azərbaycanla bağlı məkrli planları baş tutmayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə