"Cənab Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşü zamanı bir sıra mühüm məsələlərə toxunub". Bu sözləri SİA-ya açıqlamasında deputat Arzu Nağıyev deyib.

Deputat bildirir ki: "44 günlük müharibə dövründə BMT deklorativ bəyanatlarla çıxış etməkdən başqa addım atmadı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin 30 illik fəaliyyətlərində Ermənistanın işğalçılıq siyasətinə və vandalizminə göz yummaları, Ermənistanı dolayı yolla dəstəkləməkləri münaqişənin güc yolu ilə həll olunmasına gətirib çıxardı. Prezident İlham Əliyevin sözügedən görüş zamanı verdiyi mesajlardan BMT nəticə çıxarmalıdır. 30 il ərzində Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT TŞ-nın qəbul etdiyi qətnamələrin icra edilməməsi onların öz verdikləri qərara münasibətlərinin göstəricisidir. Cənab Prezidentin dediyi kimi əgər vaxtında bu qətnamələrin icrası ilə bağlı beynəlxalq təşkilatlar əməli iş görsəydi, problemin həlli müharibə deyil, danışıqlar yolu ilə baş tutardı. Azərbaycan özü BMT-nin həll etməli olduğu məsələləri özü qətnamələrin güc yolu ilə həllinə nail oldu. BMT öz qəbul etdiyi qətnamələrə hörmətlə və qətiyyətlə yanaşmalı, icra mexanizmi haqqında düşünməlidir. Necə ola bilər ki, Başqa ölkələrin barəsində verilən qərarlar qısa müddətdə həllini tapır, lakin Azərbaycanla bağlı məsələlər həllini 30 il kimi uzun bir vaxtda niyə tapmamışdı? Düşünürəm ki, bundan sonrakı proseslərdə beynəlxalq təşkilat kimi BMT öz funksiyalarını və qərarlarını lazımi şəkildə yerinə yetirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB