Əli Kərimlidən imtina edən Fatimə Hüseynova təhqir hədəfindən çıxa bilmir TƏRS BAXIŞ+FOTOFAKT

Əli Kərimlidən imtina edən Fatimə Hüseynova təhqir hədəfindən çıxa bilmir TƏRS BAXIŞ+FOTOFAKT

AXCP sədrinin trolları hələ də ona qarşı təzyiq və söyüşlər yağdırırlar

AXCP-nin əsas trolbaşısı hesab edilən sədr Əli Kərimlinin onun fəaliyyətindən imtina edən, istefa verən keçmiş cəbhəçilərə qarşı söyüş kampaniyaları düzənləməsi bu gün də davam etməkdədir. Hətta vaxtilə onunla çiyin-çiyinə dayanan insanların, yəni sabiq AXCP üzvlərinin fəaliyyətlərini nəzərə almayan Kərimli bu gün onlara ən ağır həqarətlərlə “minnətdarlıq hisslərini” çatdırmaqdadır.

O da məlumdur ki, AXCP sədrinə hər zaman xüsusi yaxınlığı ilə seçilən və ən aktiv fəallardan hesab edilən Fatimə Hüseynova AXCP-dən istefa verib. Hər kəsin şəxsi seçimi olan bu istefa məsələsi nədənsə, bu dəfə də trolbaşı və qondarma dəstəsinin xoşuna gəlməyib. Beləliklə də, “təhqir maşını” işə düşüb, Fatimə Hüseynova sözün əsl mənasında ən ağır ifadələrlə linç edilib.

AXCP-dən istefa verib canını qurtaran hər kəs sonradan trolbaşı Əli Kərimlinin tapşırığı ilə təhqirlərə, mənəvi terrora, linçə məruz qalır

Bu mənəvi terror kampaniyasının başında isə Əli Kərimilnin əsas söyüş maşınlarından biri olan Səadət Cahangir dayanıb. Ümumiyyətlə, AXCP-dən istefa verib canını qurtaran hər kəs sonradan trolbaşı Əli Kərimlinin tapşırığı ilə təhqirlərə, mənəvi terrora, linçə məruz qalır. Nümunəsi kimi AXCP sədrinin müavini Razi Nurullayevi, AXCP NTK sədri Aydın Əliyevi, AXCP GK sədri Əbülfəz Qurbanlını, cəbhəçi Qorxmaz Əliyevi, Şəmsi Kəsəmənlini və başqalarını göstərmək olar... Bütün bunların məntiqi nəticəsi odur ki, trolbaşı Əli Kərimli təhqir gücünə AXCP-də 5-10 nəfər saxlayıb. Heç kəs də qorxusundan istefa verə bilmir. Cəsarətliləri də tapılanda linç edilir, başqalarına gözdağı verilir. Əlbəttə ki, bu cür təhqir olunmalar bütün cəbhəçiləri gözləyir. Nəzərə alın ki, trolbaşı Əli Kərimli ən yaxınlarını belə təhqir etdirirsə, o zaman sadə cəbhəçiləri hansı hala salar..? Bir düşünün. Ona görə də, cəbhəçi yarlığını özünə təhqir hesab edənlər AXCP-dən istefa verəndə kütləvi şəkildə etsinlər ki, “təhqir maşını” cürət edib linç etməsin...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə