Ermənilər Qarabağda demoqrafiyanı kağız üzərində necə dəyişirlər? - ANALİZ

Qarabağın işğalı illərində Ermənistan hakimiyyəti və separatçı rejimin rəhbərləri mütəmadi olaraq işğal olunmuş Azərbaycan ərazilərində "daimi əhalinin" sayı barədə məlumatlar dərc edirdi. Bunun əksini göstərən obyektiv və subyektiv amillərə baxmayaraq, ildən-ilə bu rəqəmin sanki sıçrayışlarla artdığını təxmin etmək çətin deyil. “Calibr” analıitik mərkəzinin bu mövzuda hazırdığı təhlili oxucularımıza təqdim edirik.

Ermənistan tərəfinin təqdim etdiyi rəqəmlərə görə, əgər 1996-cı ildə Qarabağdakı erməni əhalisinin sayı 126 min, 2019-cu ildə 148 min idisə, 44 günlük müharibədən əvvəl artıq 150 min idi. Əlbəttə ki, bu rəqəmlər saxtadır, əksinə, adekvat ermənilərin özləri etiraf etdikləri üçün ümumi dağıdıcılıq, aşağı həyat səviyyəsi, nəzarətsiz korrupsiya, quldur birləşmələrinin komandirlərinin cəzasızlığı və ən əsası yeni müharibə təhlükəsi erməniləri Qarabağdan uzaqlaşdırdı. Bəziləri - Ermənistana, amma çoxu - bizim bölgədən kənarda.

Əslində, hətta Ermənistandan didərgin düşmüş işğal kontingentinin şəxsi heyətini nəzərə alsaq da, Qarabağda işğalın son illərində 80 min adamı belə saymaq çətin idi. Bununla belə, Ermənistan statistikası "150 min əhali" haqqında inadla yalan danışmağa davam etdi, birincisi, o vaxt işğal olunmuş ərazilərdə məskunlaşma görüntüsü yaratmaq, ikincisi, beynəlxalq təşkilatların və diasporanın möhkəm maliyyə yardımını əlindən almaq.

Qonşularımız 44 günlük müharibədən sonra yalan danışmaq kimi pis təcrübədən əl çəkmədilər. Ermənistanın təslim olmasından və Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdakı bəzi azad edilmiş Azərbaycan ərazilərinə girməsindən sonra, erməni mətbuatı oraya qayıtdığı iddia edilən on minlərlə Qarabağ ermənisi haqqında mütəmadi olaraq məlumatlar dərc etməyə başladı. Əvvəlcə təxminən 30.000, sonra təxminən 52.000 deyildi. Özünü müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycan ərazilərinin "əmək və sosial məsələlər naziri" adlandıran Mane Tandilyan hazırda Qarabağda 120.000 insanın yaşadığını hansı əsasla bəyan etdi!?

Mövzudan bir az kənara çıxıb aşağıdakıları qeyd etməliyəm. Hər 10 ildən bir öldürülən ermənilərin sayının süni artırıldığı qondarma "erməni soyqırımı"nda olduğu kimi burada klassik janrın- "erməni nağılları" ilə məşğul olduğunu deməliyik. 1915-ci il hadisələri zamanı ölən ermənilərin sayı süni şəkildə artırıldı - bir neçə mindən bir milyon yarımadək. Baxmayaraq ki, son vaxtlar erməni təbliğat maşını getdikcə 2 milyon rəqəmini dilə gətirir.

Ciddi danışsaq, təbii ki, bu gün Qarabağda yaşayan nəinki 120 min, hətta 50 min ermənidən belə söhbət gedə bilməz. 2021-ci ilin yanvar ayının sonunda BMT -nin Qaçqınlar Agentliyi 24993 nəfərin Ermənistandan Qarabağa qayıtdığı statistikanı dərc etdi. Ancaq burada başa düşmək lazımdır ki, bəziləri Qarabağa daha çox yaşamaq üçün deyil, əşyalarını götürmək və ya evlərini satmaq məqsədi ilə qayıtmışlar.

Yeri gəlmişkən, erməni statistika işçilərinin özləri Qarabağdakı əhalinin real sayı ilə bağlı yalanların ifşa olunmasına kömək etmişlər. Belə ki, onların dərc etdiyi məlumatlara görə, "2021 -ci ilin iyul ayında Qarabağda 46 uşaq dünyaya gəlib, 81 nəfər ölüb". Yaxşı, 2020-ci ilin məlumatları ilə müqayisə edək. 2020-ci ilin 1-ci yarısında Azərbaycanın işğal olunmuş həmin ərazilərində 960 uşaq dünyaya gəlib. Bu, o deməkdir ki, orada hər ay orta hesabla 160 uşaq dünyaya gəlir. 2021-ci ilin iyulunda bu rəqəm təxminən 4 dəfə az olub. Müvafiq olaraq, hazırda burada 25 mindən çox insan yaşamır. Beləliklə, ölümlərin artması səbəbindən Qarabağda nəinki əhalinin sürətlə azalmasını, həm də onun real sayını əldə edirik.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibədə dediklərini xatırlatmağı məqsədəuyğun hesab edirik.

“Statusa gəlincə, bu gün orada 25 min insan yaşayır. Orada gedən proseslər haqqında kifayət qədər geniş və müxtəlif məlumatlara sahibik. Müharibədən əvvəl orada nə baş verdiyini bilirdik. Orada yaşayanların real sayı 25 min nəfərdir. Digər rəqəmlərin çəkilir, deyirlər, müharibədən sonra 50 mindən çox insan ora qayıtdı. Bəlkə də, geri qayıtmaq orada qalmaq demək deyil. Geri qayıtdı, sonra geri döndü. İkincisi, müxtəlif texniki vasitələrimiz, peykimiz var. Oradakı maşınların sayını bilirik. İnsanların hərəkətini görürük. Başqa, necə deyərlər, obyektiv vasitələr də var, bunları əsas götürərək orada neçə nəfərin yaşadığını dəqiq bilirik- maksimum 25 min. Gündəlik monitorinq aparırıq - Laçın dəhlizinə nə qədər maşın girdi, neçəsi qaldı. Hər gün oradan çıxan avtomobillərin sayı daxil olanların sayını xeyli üstələyir. 25 min nəfər üçün ayrıca statusun yaradılması hansı məntiqə uyğundur? ”- deyə dövlət başçısı bildirib.

Müəllif - Samir Vəliyev

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə