Putin TŞ-nın daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
SİA xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
O deyib ki, Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib. Müşavirədə ölkənin sosial-iqtisadi inkişafı, Əfqanıstanda, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə