"İki partiyanın bir-birinə inteqrasiyası..." - DEPUTAT MÜNASİBƏT BİLDİRİB
“Türkiyənin hakim partiyası AK Partiyanın idarə heyətinin Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana gəlməsi əlamətdar hadisədir. Bu gün Azərbaycan və Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Həmçinin, Şuşa Bəyannaməsi imzalandıqdan sonra Azərbaycan Türkiyə ilə müttəfiqlik sənədinə də imza atmış oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən yüksək mərhələsinə çatıb: “Bu münasibətlərin ən yüksək pilləyə çatması iki dövlətin lideri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səylərinin məntiqi nəticəsidir. Bunun arxasında böyük fəaliyyət dayanır. Bu baxımdan da Yeni Azərbaycan Partiyası ilə AK Partiyanın birgə fəaliyyəti zərurətdən irəli gəlir”.
C.Osmanov vurğulayıb ki, bir neçə hərftə bundan əvvəl Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə nümayəndə heyəti, sədr müavini Türkiyəyə səfər edilib və bir çox məsələlər haqqında müzakirələr aparılıb: “Bu gün də qardaş ölkənin hakim partiyası AK Partiyanın Azərbaycana səfər etməsi və səfər çərçivəsində bir çox məsələlərin müzakirəsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələyə çox böyük töhfə verəcəkdir. İki partiyanın bir-birinə inteqrasiyası Azərbaycan-Türkiyə qardaşlığını bir qədər də möhkəmləndirəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB