“Dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addımdır” Məşhur Məmmədov

“Dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addımdır” Məşhur Məmmədov

“44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra dövlət başçımızın mütəmadi olaraq həm işğaldan azad olunan torpaqlara, həm də regionlarımıza uğurlu səfərləri və səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Bu baxımdan da hər səfərində olduğu kimi, iyulun 22-də Qərb bölgələrinə səfəri zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir və eyni zamanda, ölkəmizin hərtərəfli inkişafını əks etdirir”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov SİA-ya açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqəti olub və dövlət başçımızın mütəmadi olaraq bölgələrə səfəri rayonlarımızın inkişafı və bütövlükdə ölkədə balanslı iqtisadi inkişafın formalaşması məqsədi daşıyır: “Dövlətimizin başçısının səfəri, ilk növbədə, onu göstərir ki, Azərbaycanda postmüharibə və pandemiya dövrü olmasına rəğmən, heç bir sosial, iqtisadi layihə təxirə salınmayıb. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonlar da ölkə rəhbərinin diqqəti mərkəzindədir. Respublikanın hər bir bölgəsinin inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Görülən kompleks tədbirlər nəticəsində hər bir rayon və şəhərimiz uğurla inkişaf edir, əhalinin sosial rifah halı getdikcə yaxşılaşır. Dövlətimizin başçısı vurğulayıb ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb. Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində 2,2 milyard manat vəsaitin ayrılması dövlət başçısının işğaldan azad olunan torpaqların bərpa və quruculuğa diqqətinin realllığıdır. Çünki iişğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Təbii ki, quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra biz həmin bölgələrin inkişafımıza nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq. Dövlət başçısı, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə, ümumiyyətlə ölkəmizdə yol infrastrukturunun vacib olduğunu deyərək bildirib ki, enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur: “Burada da 8 ay ərzində görün nə qədər böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər - qış da oktyabr ayında gələcək, - oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var».

«Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkənin regionlarına səfərləri həmin bölgələrin inkişafında yeni mərhələnin başlanması deməkdir»,-deyən Məşhur Məmmədov dövlət başçımızın regionlara hər səfəri əhali tərəfindən böyük sevinc və rəğbət hissləri ilə qarşılanır: «Bu səfərlər, eyni zamanda Prezident İlham Əliyevin xalqa yaxın olmasının nümunəsidir. Xalq həmişə əmindir ki, Prezident İlham Əliyev regionlara səfər edərkən problemlər öz həllini tapacaq, yeni nailiyyətlər olacaq. Çünki Prezident İlham Əliyev bütün problemlərin həlli üçün doğru yol seçir və onları qısa müddətdə həll edir. Prezidentin indiyədək regionlara etdiyi bütün səfərlər özünün müsbət nəticəsini verib və bundan sonra da belə olacağına şübhə ola bilməz. Prezident İlham Əliyev, həmçinin bölgələrə səfəri zamanı oradakı şəraitlə də tanış oldu, görülən işlər və əhalinin vəziyyəti ilə də maraqlandı, görüləcək işlərlə bağlı tapşırıqlar verdi. Dövlət başçısı hər kəsə sübut etdi ki, onun siyasəti gördüyü işdir, əldə olunan inkişafdır. Bu səfər, həmçinin regionların inkişafına öz töhfəsini verəcək". “Artıq regionların inkişafı ilə bağlı yeni mərhələyə qədəm qoyulub. Bu, əvvəlki illərdə formalaşan infrastrukturun dəyərə çevrilməsi mərhələsidir»,-deyən millət vəkili Məşhur Məmmədov onu da vurğulayıb ki, təbii ki, bu da yeni iş yerlərinin yaradılması, eləcə də tək yerli yox, həm də xarici sərmayələrin cəlb edilməsi imkanları deməkdir: «Ona görə də regionların sosial və iqtisadi inkişafla bağlı həyata keçirilən layihələr rayonlarımızda infrastrukturun daha da təkmilləşməsinə təkan verir”.

Millət vəkili qələbədən 8 ay keçdiyi bir müddətdə görülən işlərin həcminin yüksək olduğunu deyən dövlət başçımız bildirmişdir ki, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, böyük qəhrəmanlıqdır: «Üç aeroport tikilir. Artıq mən demişəm, bu aeroportlar nə vaxt istifadəyə veriləcək. Bu, təkcə əsas infrastruktur layihələridir. Şəhərsalma ilə bağlı bizim işçilərimiz böyük işlər görür, çox fəal işləyirlər. Ağdamın baş planı təsdiqləndi. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası mənə təqdim edildi. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də - o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır». Bəli, həqiqətən də qəhrəmanlıqlır. Bu, Ali Baş komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətinin Zəfərli qələbəsinin realllığıdır. Və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində, ümumiyyətlə, bütün regionlarımızda həyata keçirilən işlər və tədbirlər, atılan addımlar respublikanın hər bir bölgəsinin inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsinə, əhalinin sosial rifah halının getdikcə yaxşılaşmasına təkan verəcək, Qarabağımız qısa zaman kəsiyində cənnətə çevriləcək. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər. Bir sözlə, səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu, onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir. Dövlət başçımızın dediyi kimi: “Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik”. Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!”

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə