Paşinyan: “Ermənistan-Azərbaycan sərhədində 2 hərbçimiz ölüb”

Paşinyan: “Ermənistan-Azərbaycan sərhədində 2 hərbçimiz ölüb”

“Son 2 ayda Ermənistan-Azərbaycan sərhədində 2 hərbçimiz ölüb”. “Armenpress” xəbər verir ki, bunu hökumət iclasında Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

Paşinyan əlavə edib: “Qurbanların ailələrinə və yaxınlarına başsağlığı verərək, KTMT-dəki həmkarlarımızın, ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətini bu fakta yönəldirəm".

Paşinyanın sözlərinə görə, beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq edərək rəsmi İrəvan indiyədək 104 hərbi əsiri qaytara bilib. Bütün hərbi əsirlərin geri qaytarılması, Qarabağ məsələsinin hərtərəfli həlli, sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması üzərində işimizi davam etdirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə