E.Məmmədyarov Avropanı Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməyə çağırıb

E.Məmmədyarov Avropanı Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməyə çağırıb

ABŞ-da işgüzar səfərdə olan Xarici işlər naziri Elmar Məmmədyarov iyunun 1-də Nyu-Yorkda Avropa ölkələrinin BMT yanında Daimi Nümayəndələri ilə görüşüb.

XİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, nazir Elmar Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb və seçkilərdə Avropa təmsilçilərini ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.

Nazir ölkəmizin regionda aparıcı dövlət olması, Azərbaycanın enerji strategiyası və iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. Eyni zamanda Nazir Azərbaycanın BMT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi olduğunu və sivilizasiyalararası dialoqa töhfə verdiyini qeyd edib. Səfirlərlə görüş zamanı Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə