Ermənistanda koronavirusa yoluxma sayı ARTIB

Ermənistanda koronavirusa yoluxma sayı ARTIB

Son günlərdə Ermənistanda koronavirus infeksiyasına yoluxma halının arması müşahidə edilir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi bildirib.

Qeyd olunur ki, son sutkada 148 yeni koronavirus infeksiyası halı aşkarlanıb və Ermənistanda 8 iyul tarixinə təsdiqlənmiş koronavirus infeksiyası sayı 226 135-ə yüksəlib. Həmçinin bildirilir ki, COVID-19 ağırlaşması səbəbindən, son gündə 4 nəfər olmaqla, 4540 nəfər ölüb. Bu ölkədə edilən testlərin ümumi sayının 1 224 512 olduğu qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə