YAP Qobustan rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət ediblər - FOTOLAR
Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının rəhbərliyi və partiyanın fəalları Qobustan şəhərindən 44 günlük Vətən müharibəsi şəhidi Hacıyev Sərxan Eldar oğlunun doğum günündə məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidin ruhuna dualar oxumuşlar. Daha sonra şəhidin ailəsi ziyarət olunub. “Vətən uğrunda” medalı ilə təltif olunan şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. YAP Qobustan rayon təşkilatının rəhbərliyi şəhidin ailəsi ilə söhbətləri zamanı onların problem və qayğıları ilə maraqlanmışlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB