"Biz bu əraziləri azad etmişik və əlimizdə faktlar var" - POLİTOLOQUN SƏRT TƏPKİSİ
“Ümumiyyətlə bu Oxçuçay və Almaniya şirkəti məsələsində onu nəzərə almaq lazımdır ki, şirkət Almaniya şirkəti olsa da onun payçıları sırasında keçmiş prezident Serj Sarkisyan da var. Yəni, Ermənistanda da bunu çox yaxşı bilirlər ki, burada həm almanlar, eyni zamanda Almaniya vasitəsi ilə Serj Sarkisyan da bu bizneslə məşğuldur”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.
Politoloq xatırladıb ki, digər tərəfdən, bu şirkət Ermənistanın ən böyük vergi ödəyicisidir və Paşinyan da vaxtilə ekoloji məsələlərlə bağlı o şirkətin üstünə gedəndə məhz onun ən çox vergi ödəyicisi olduğu məsələsinə görə o şirkətin üzərinə getməkdən vaz keçmişdi.
“Əlbəttə, Almaniyada, özü də Avropa İttifaqənən ən böyük ölkəsi, ən böyük iqtisadiyyatı, eyni zamanda Yaşıllar partiyasının ən güclü təmsil olunduğu bir ölkədə belə bir münasibətin sərgilənməsi qəbuledilməzdir. Amma, Avropa İttifaqının müvafiq qanunvericiliyi var, hansıki, onun vasitəsilə bu işi görmək mümkündür. Düşünürəm ki, Azərbaycan ilk növbədə hüquqi müstəvidə hərəkət edir və hüquqi müstəvi daha çox səmərə verəcək. Çünki, biz bu əraziləri azad etmişik və əlimizdə faktlar var.
Eyni zamanda, mətbuat səviyyəsində, yəni Almaniya mətbuatı, Avropa mətbuatı səviyyəsində bu məsələnin qaldırılması olduqca vacibdir. Çünki, ictimai qınaq Avropada çox böyük təsirə malikdir”, deyə politoloq Fərhad Məmmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB