Rusiya Federal Hava Nəqliyyat Agentliyi “Rosaviasiya” Kamçatkada uçuş vaxtı əlaqəsini itirən An-26 sərnişin təyyarəsinin qalıqlarının müəyyən edildiyini açıqlayıb. SİA xəbər verir ki, təyyarədəki 28 nəfərdən heç birinin sağ qalmadığı bildirilib.
“Rosaviasiya” rəsmiləri 28 nəfərlik sərnişin təyyarəsinin dəniz sahilinin yaxınlığında, Palana şəhərindəki hava limanının eniş zolağından 4-5 kilometr məsafədə olduğunu bildirilib.
“RİA Novosti” xəbər agentliyinə sərnişin təyyarəsinin məxsus olduğu "Kamchatsky Hava Şirkəti"nin direktor müavini verdiyi açıqlamada bildirib ki, təyyarənin qəzaya uğramasının səbəbi güclü külək olub: “Ehtimal ki, sahil qayalarına çırpılıb və dağıntıların bir hissəsi dənizə düşüb”.
Rusiyanın şərqindəki Kamçatka yarımadasındakı Petropavlovsk-Kamchatskiy şəhərindən havaya qalxan sərnişin təyyarəsi ilə ünsiyyətin Palana şəhərinə çatmağına 10 dəqiqə qalmış əlaqənin kəsildiyi bildirilir.
Qeyd edək ki, 22 sərnişin və 8 heyət üzvü ilə təyyarənin qəzaya uğramasının səbəbi dəqiq deyil. Təyyarə üçün axtarış işləri həm dənizdə, həm də quruda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB