Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanoya təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin hərtərəfli genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik", -.

İlham Əliyev Ciorcio Napolitanoya möhkəm cansağlığı, işlərində uğurlar, dost İtaliya xalqına sülh və rifah diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə