Levon Ter-Petrosyan: “Qarabağ münaqişəsində status-kvonun saxlanması imkanları sona çatır”

Levon Ter-Petrosyan: “Qarabağ münaqişəsində status-kvonun saxlanması imkanları sona çatır”

"Qarabağ münaqişəsində status-kvonun saxlanması imkanları sona çatır". SİA-nın "News.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyan deyib. Ter-Petrosyan bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dovildəki bəyanatı və Ermənistan Milli Konqresinin əldə etdiyi məlumatlar da bunu sübut edir: "Rusiyanın səyi nəticəsində Qarabağ münaqişəsi həll olunmaq üzrədir, ancaq digər tərəfdən bu proses iflasa uğraya bilər. Eyni zamanda hazırda müharibə təhlükəsi daha real görünür. Ona görə bu gün Ermənistan hakimiyyəti çətin vəziyyətə düşüb. Hakimiyyətdə əyləşənlər artıq anlayırlar ki, xalqın nifrətini qazandığı bir şəraitdə güzəştə getməklə münaqişəni həll edə bilməz. Güzəştə getmədikdə müharibə ehtimalı artır, onlar isə müharibə aparmağa qadir deyillər".

Keçmiş prezident hesab edir ki, Qarabağ məsələsi hələ uzun müddət Ermənistanın daxili siyasi faktoru olmaqda davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə