Konstitusiyanın verdiyi təminatlar niyə itirilir? ERMƏNİSTANDA NÖVBƏTİ TAPMACA

Konstitusiyanın verdiyi təminatlar niyə itirilir? ERMƏNİSTANDA NÖVBƏTİ TAPMACA

"Müxalifət yenidən Konstitusiyanın ona verə biləcəyi təsir zəmanətlərini, təminatlarını itirir". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Ermənistan" blokunun təşviqat qərargahının rəhbəri, Ermənistanın keçmiş baş nazirinin müavini Armen Qevorqyan öz Telegram kanalında yazıb və seçkilərin qəribə hesabatına toxunub.

“Seçkilər keçdi, amma dırnaqarası keyfiyyətini və nəticələrini uzun müddət müzakirə edəcəyik. Ancaq danışmaq istədiyim bir qəribə xüsusiyyət var. 2018-ci ildə erkən parlament seçkilərinin nəticələrinə görə Nikol, seçicilərin yüzdə 48,5-nin iştirakı ilə keçirilən seçkidə səslərin yüzdə 70-dən çoxunu qazandı. Nəticədə, onun siyasi hakimiyyəti parlamentdə yalnız beşdə üçünü deyil, mandatların üçdə ikisini aldı.
2021-ci ildə parlament seçkilərində isə Nikol, seçicilərin yüzdə 49,5-inin iştirak etdiyi seçkidə səslərin yüzdə 54-dən azını qazandı və yenidən onun siyasi hakimi parlamentdəki mandatların üçdə ikisini alır, yəni konstitusiya çoxluğunu rəsmiləşdirməyə çalışır. Bilməyənlər bilsinlər ki, bu anda mandatların 2/3 hissəsini almaq üçün Nikolun yalnız bir mandatı yoxdur.
2018-ci ildə Nikol, Ermənistandakı bütün seçicilərin yüzdə 34 səsini, 2021-ci ildə isə Ermənistandakı bütün seçicilərin səslərinin 26,5 faizini qazanıb. Nikol həm lehinə verilən səslərdə, həm də bütün seçicilərin sayından olan tərəfdar sayında bir azalma yaşayıb, lakin parlamentdəki sarsılmaz mövqeyini qoruyub saxlamaqda davam edir. Əslində, 200 000 seçicinin dəstəyini itirən Nikolun parlamentdəki konstitusiya çoxluğunu rəsmiləşdirmək üçün yalnız bir mandatını itirdiyi ortaya çıxıb.
Eyni zamanda, müxalifət yenidən əsas qərarların və konstitusiya qanunlarının qəbul edilməsinə təsir etmək üçün Konstitusiyanın verdiyi təminatları itirir. Bu tapmacanın həllini Ermənistan Konstitusiya Məhkəməsindən gözləyəcəyik”, deyə Armen Qevorqyan yazır.

Xatırladaq ki, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Bu dəfə də Nikol Paşinyan və onun rəhbərlik etdiyi partiya qazandığı səs çoxluğu ilə qələbə əldə edib. Məsələ burasındadır ki, Paşinyanın bu qələbəsini erməni cəmiyyətində bir çox qüvvələr həzm edə bilmirlər. Əslində, seçki günü hədsiz sayda qanun pozuntularının da olduğu bildirilir və bu gün də erməni cəmiyyəti seçkilərlə bağlı hakimiyyətə suallar ünvanlayır, ortaya çıxardıqları bəzi tapmacaların cavabını soruşurlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə