Ermənistan iqtisadiyyatında keyfiyyət dəyişikliyi yoxdur İNFLYASİYA SÜRƏTLƏ GEDİR

Ermənistan iqtisadiyyatında keyfiyyət dəyişikliyi yoxdur İNFLYASİYA SÜRƏTLƏ GEDİR

İqtisadi artım hələ də tikinti və turizmə ümid edir, sənayedə isə dəyişməz olaraq qalır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Atom Markaryan Sputnik Ermənistana verdiyi müsahibəsində söyləyib.

O, təsdiqləyib ki, Ermənistan iqtisadiyyatında hələ də keyfiyyət dəyişiklikləri yoxdur. İqtisadçı, baş nazir Nikol Paşinyanın, hökumətin 2021-ci il üçün iqtisadi artım proqnozunu 3,2%-dən yuxarı, 6% -ə qədər olacağı fikirlərini yalan adlandırıb. Markaryan iqtisadiyyatın keçən il yüzdə 7,5 düşdükdən sonra artımın mümkünsüzlüyünü, üstəlik, ölkədə görünməmiş dərəcədə yüksək temperaturun kənd təsərrüfatına olan təhlükəsini vurğulayıb.

İqtisadiyyatda struktur dəyişiklikləri yoxdur və sənayenin payı artmır. Bu başa düşüləndir, çünki bir neçə aydır iqtisadiyyat daxili siyasi gərginlik şəraitində mövcud idi və investorlar layihələrini, xüsusən istehsal layihələrini təxirə salıblar. Ölkənin təhlükəsizliyi ilə bağlı problemlər həll olunmayıbdır və dövlət müdafiə üçün əhəmiyyətli mənbələr yatırmağa davam etməlidir. Ekspertin fikrincə, iqtisadi blok şöbələri, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi, eləcə də, Mərkəzi Bank müxtəlif iqtisadi artım ssenariləri hazırlamırlar. İnflyasiya sürətlə gedir”, deyə Markaryan vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə